Qorxmaz Əlili və Azad Şükürov Art-Kampa gəlir

GƏNCLİK
10:42 26.11.2011
2137
Xəbər verdiyimiz kimi Gənclərin I Ümumrespublika Teatr Festivalı çərçivəsində Azərbaycan tarixində ilk dəfə Art Kamp keçirilir.

AZXEBER.COM-un məlumatına görə, Art-kampda peşəkar aktyor və rejissorlar tərəfindən pulsuz ustad dərsləri və müxtəlif janrlarda seminarlar təşkil edilir. “Art-Kamp”da Teatr Festivalının iştirakçıları iştirak edir. 100-dən çox gənc 3 gün ərzində peşəkar insanlardan ustad dərsləri almaqla yanaşı, əyləncəli yarışlara, tədbirlərə də qatılacaqlar.

Art-Kampın ikinci günündə, bugünsaat 17.00-da Şüvəlan qəsəbəsi "Cırtdan" İstirahət və Sağlamlıq Mərkəzində “Esterada danışığı və səhnə hərəkətləri mövzusunda” Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllimi, dosent, əməkdar artist Azad Şükürov və tanınmış aktyor Qorxmaz Əlili gənclərə ustad dərsləri keçəcək.

Qeyd edək ki, Art-Kamp 25-27 noyabr tarixlərində 100-dən çox gəncin iştirakı ilə AGİN-in Şüvəlandakı kompleksində olacaq.

OXŞAR XƏBƏRLƏR