Qorxuya düşən bp Azərbaycan əleyhinə qara piara başlayıb - İFŞAEDİCİ YAZI

Qorxuya düşən bp Azərbaycan əleyhinə qara piara başlayıb - İFŞAEDİCİ YAZI
Bütün Xəbərlər
14:43 29.11.2012
2008

Azərbaycanın və Qafqazın ən nüfuzlu agentliklərindən olan www.1news.az  İngiltərənin bp şirkətinin ayrı-ayrı ölkələrdə dövlət siyasətinə müdaxilə cəhdləri, Azərbaycana qarşı xarici KİV-lərdə qara piar kampaniyasının əsl səbəbləri barədə yazıb.

Hal-hazırkı dövrdə dünyadakı sabitliyə təkcə nüvə silahından ehtimal edilən istifadə və baş verən iqtisadi kataklizmalar ciddi təhlükə törətmir.Müasir əlaqə vasitələrindən istifadə edilməsindən irəli gələn təhdidlər də belə bir təhlükəni özündə ehtiva edir.Media resursları vasitəsilə informasiyanın yayılmasının xəbərlərin auditoriyaya ənənəvi və yeni kanallardan istifadə etməklə çatdırılması imkanlarının artması ilə kütlələrin siyasi manipulyasiyası və öz rəqiblərini şantaj etmək vasitəsi kimi KİV-lərə tələbat da artmışdır.Və bu təəccüblü deyil, axı KİV-lər kütlənin təfəkkürünə təsir edə bilmək üçün zəngin və faktiki olaraq qeyri-məhdud resurslara malikdirlər. Bununla bərabər, təəssüflər olsun ki, manipulyasiya və şantaj bir qayda olaraq, yalan və uydurmalara əsaslanır. Və bu janrın ən yaxşı ənənələrində olduğu kimi, sözügedən yalanlar “xilasa xidmət edən yalanlar” deyil, məhz fərdi mənfəət məqsədləri üçün uydurulmuş davranışlardan ibarətdir.Bəzi hallarda, məyusluq hissi doğursa da, belə hərəkətlər bir sıra KİV-lərin başlıca funksiyasına çevrilməyə başlayır ki, bu da təbii olaraq, jurnalist fəaliyyətinin qərəzsizlik və obyektivlik prinsiplərini heçə endirmiş olur. Çox təəssüflər olsun ki, Qərb KİV-ləri də bu baxımdan istisna deyil.Sirr deyil ki, bu gün kütləvi informasiya vasitələri arasında Qərb ölkələrinə məxsus olan telekanallar, qəzetlər və onlayn-resurslar daha nüfuzlu və təsiredici rola malikdirlər. Məhz bu resurslar tabe olduqları rəhbərlərin və onları idarə edən başbilənlərin tərtib etdikləri gündəliyə əsasən dünyanın informasiya siyasətinin mənzərəsini yaradırlar.CNN və BBC-nin bizə nümayiş etdirdikləri diktatorları görən gözümüz yoxdur, “Nyu-York Tayms” və “İndependent”in bizə talelərindən bəhs etdikləri insanların halına isə dərin təəssüf hissi ilə acıyırıq. Dünyada milyonlarla hadisə baş verir. Lakin məhz Qərb KİV-lərinin, bəzən isə onların ərəb proformasında olan təbəələrinin nəzər-diqqətimizə çatdırmaq istədikləri hadisələr müzakirə olunur.Belə rəhbərliklərin konturlarının harada “çəkildiyi” barədə isə, heç də az məqalə və referatlar yazılmayıb, az filmlər çəkilməyib.Bu gün siyasətdə demək olar ki, dostlar mövcud deyil, buna görə də hər kəs KİV-lərdən var gücü ilə istifadə etməyə səy göstərir.Seçkiqabağı siyasi xal qazanmaq, yaxud narahatlıq törədən tərəfdaşların “ipini çəkmək” lazımdır? Bloqqerlər, jurnalistlər, teleaparıcılar ordusu sifarişçilərin xidmətində durmağa hazırdırlar. Lazımdırsa, onlar haradasa uzaq bir yerdə sizin qələbənizlə nəticələnəcək kiçik müharibə uydurmağa hazırdırlar (bu mövzuya dair Robert de Niro və Dastin Hoffmanın baş rolda çəkildikləri “Kələkbazlıq” filmi olduqca maraqlıdır).Narahat edən tərəfdaşlara “uzun müddət təzyiq göstərirlər”, faktları təhrif etməyə və onların məğzini dəfələrlə dəyişdirməyə belə xəsislik etmirlər. Ancaq dahi mütəfəkkirlərdən kimsə deyib ki, sifarişli məqalələr zəif olan kəsin hayqırtısıdır.O kəsin ki, qarşısına qoyduğu məqsədlərə nail ola bilmədiyi üçün “vəziyyətdən çıxış yolu tapmaq naminə” yalan danışmağı da, şantaj etməyi də özünə rəva bilir.Hamımızın yadındadır, bir müddət əvvəl Almaniya KİV-ləri bəzi müəyyən dairələrin sifarişi ilə Azərbaycanın nüfuzunun ləkələnməsi üçün kampaniya təşkil etmişdilər.Belə cılız kampaniyanın məqsədi və hədəfləri bizə yaxşı məlumdur. Bu barədə çox yazılıb. Lakin vaxt özü də bunu sübuta yetirirki, Azərbaycanla ağayana tonda rəftar etmək əbəs işdir.Ölkənin milli maraqlarına aid olan məsələlərə təsir göstərmək cəhdi baş tutmadı, əvəzində Azərbaycanla Almaniya arasındakı münasibətlər kifayət qədər korlandı.Almaniya KİV-lərində birtərəfli mövqe tutan, yalan və iftira ilə dolu olan kiçik məqalələrin dərc edilməsi Azərbaycan-Almaniya münasibətlərində soyuqluğa səbəb oldu. Diplomatik dairələrdə də qeyd olunduğu kimi, bu münasibətlər hələ də yoluna qoyulmayıb.Vəziyyətdən yaxşı hali olan mənbənin bildirdiyinə görə, bu yaxında Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri G.Vestervelle hətta Azərbaycan rəhbərliyi ilə görüşmək üçün uğursuz cəhdlərə də əl atıb. Məqsəd çox sadədir - o, rəsmi Bakının diqqətinə onu çatdırmaq istəyir ki, “Almaniya rəhbərliyinin KİV-lərdə dərc edilən yazılara aidiyyəti yoxdur”.Lakin AFR isteblişmentindəki mənbələr bildirirlər ki, Almaniyanın baş diplomatı hiylə işlədir - Azərbaycan əleyhinə kampaniya məhz sifarişli xarakter daşıyırdı və yuxarının diktəsi ilə həyata keçirilidi...Deyirlər ki, başqasının başına gələn digərinə ibrət olmalıdır. Fəqət, yox. Pis vərdişlər yoluxucu olurlar. Bu gün analoji vəziyyət Böyük Britaniya ilə də yaşanmaqdadır.Mahnını sifariş edən kimdir?Elə bil kimsə sehirli çubuqla Britaniya KİV-lərinə əl gəzdirib. Ölkənin KİV-lərinin səhifələrində birdən-birə Azərbaycan əleyhinə yazılar peyda olub - həmin yazılarda ənənəvi olaraq, faktlar təhrif edilir, hədələr vurğulanır, müxtəlif şərtlərin yerinə yetirilməsi tələb olunur. Bu isə adi iftiradan və quru böhtandan başqa bir şey deyil.Təşviqat məqsədi daşıyan belə yazılarla çıxış edən çempionlar isə şübhəsiz ki, Britaniyanın nüfuzlu KİV-ləri adlandırılan “Daily Mail” və “İndependent”dir.Bəs bu dəfə Azərbaycana qarşı böyük diqqətin səbəbi nə ilə əlaqədardır? Niyə öz məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinməyən Britaniya jurnalistlərinin diqqəti birdən-birə Xəzər sahillərinə zillənib?Cavab sadədir, onu hələ 19-cu əsrdə lord Palmerston səsləndirib: “Britaniyanın daimi dostları yoxdur, daimi maraqları var”.Dənizlərin keçmiş hakiminin reaksiyasına nəzər salsaq, guya ki onun Bakıdakı maraqları təhlükə altındadır.Britaniyanın Azərbaycanda fəaliyyət göstərən və öz öhdəliklərinə səhlənkarlıqla yanaşan nəhəng bp neft şirkəti ilə əlaqədar yaşanan son hadisələr baxımından belə bir mövqeyin sərgilənməsi heç də təəccüblü deyil.Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin cari ilin 9 ayı ərzində respublikanın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev başda Britaniyanın bp şirkəti olmaqla, beynəlxalq neft konsorsiumunu Xəzərin Azərbaycan sektorundakı “Azəri” və “Çıraq” yataqlarında neft hasilatının azalması ilə bağlı açıq şəkildə tənqid edib. Azərbaycan Prezidentinin sözlərinə görə, konsorsium tərəfindən yol verilən çoxsaylı səhvlərin ucbatından, son illər ərzində “Azəri” və “Çıraq” yataqlarında neftin hasilatı azalmağa başlayıb, bu isə o deməkdir ki, konsorsium neft hasilatı ilə bağlı proqnozlarını yerinə yetirmək belə istəmir.Bununla yanaşı, dövlət başçısı həmçinin qeyd edib ki, hasilatın aşağı düşməsi 2008-ci ildən sonra müşahidə edilməkdədir, həmin il isə neftin hasilatından əldə edilən gəlirin həcminin Azərbaycanın xeyrinə nisbəti müqaviləyə əsasən, 75-25 şəklində dəyişib.Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə, əgər neftin qiymətini nəzəri olaraq, 100 dollar məbləğində hesablamış olsaq, bütün bu illər ərzində Azərbaycan 8,1 milyard dollar həcmində gəlirindən məhrum olub. Prezident konsorsiumun operatoru olan bp şirkətini sözügedən məsələyə məsuliyyətlə yanaşmağa və ciddi tədbirlərin görülməsinə ehtiyac yaranmadan bütün lazımi məsələləri vaxtlı-vaxtında yoluna qoymağa çağırıb. Bir ay keçib. Yekun nəticə nədən ibarətdir? Ondan ibarətdir ki, ortada ancaq vəziyyəti düzəltməklə, bp-nin Azərbaycan ofisinin rəhbərliyində müəyyən kadr yenilənmələri aparmaqla bağlı verilən vədlər və ... Azərbaycan əleyhinə sifariş əsasında aparılan kampaniya, Britaniya KİV-lərində bu sifarişi əks etdirən yazı var...Həmin cızma-qara çox iyrəncdir, Azərbaycanın zəngin neft sərvətinə malik olmasına dair klişelərlə, internetə məhdudiyyətlərin qoyulması (ümumiyyətlə, belə bir şey kimin ağlına gələ bilər?), azad mətbuatın olmaması (gözü uzağı yaxşı görməyənlərə müxalifətin gündəlik qəzetlərinə abunə olmağı tövsiyə edirik), “il boyu müalicə məqsədilə neftin içində üzən” (bunu onların Bakıda harada gördüklərini təxmin etmək lazım gəlir) və... hazır olun, hətta (bu yeri sitatdır) müəllifin nə üçünsə “Nataşalar” adlandırdığı yerli qadınların britaniyalı neftçilərə tamah salmasına dair iftiralarla doludur.Nə demək olar? Bu ikrah oyadan təbliğatdan başqa birşey deyil. Halbuki, niyə təəccüblənirik, həmin KİV-lər sensasiya yaratmaq xətrinə kral ailəsinin üzvlərinin çılpaq rəsmlərini dərc etməmişdilərmi? Şahzadə Çarlzın homoseksual olmasına dair versiyalar irəli sürməmişdilərmi?İndi isə təsəvvür edin ki, bu KİV-lərdə dərc edilən yazı nəinki əks-səda doğurmağa hesablanıb, hələ üstəlik yuxarıların sifarişi ilə hazırlanıb...Uğur centlmenləriYeri gəlmişkən, yuxarılar barədə...London, bir qədər yuxarıda qeyd etdiyimiz kimi, daim öz “daimi maraqlar”ının mübariz keşiyindədir.Qarşıya qoyulan məqsəd və məramlara nail olunmasına hər bir vasitə ilə haqq qazandırmaq mümkün ola bilər. Lakin tarixdə elə hallar da olub ki, Britaniyanın həqiqətən də rəzil olan davranışları, xüsusilə onun neft nəhəngi bp ilə bağlı atdığı mənfur addımlar olduqca kədərli sonluqla başa çatıb.Təsəvvürün yaranması üçün, həmin hallardan birini nümunə kimi göstərmək kifayət edir.Dünyanın ən nəhəng şirkətləri arasında dördüncü yeri tutan British Petroleum-un yaranması və mövcudluğu birbaşa olaraq, Yaxın Şərqlə əlaqədardır. 1908-ci ildə Uilyam Noks d'Arsi İranda neft yataqları kəşf edir və növbəti ilin aprel ayında İran neftinin hasil olunması və digər ölkələrə ixrac edilməsi məqsədilə “İngiltərə-Fars neft şirkətini” (Anglo-Persian Oil Company; APOC) təsis edir.Ötən əsrin 20-ci və 30-cu illərində APOC Kanada, Cənubi Amerika, Afrika, Yeni Qvineya və Avropada neft axtarışında idi, həm də İranla elə də sadə olmayan münasibətlərə malik olmasına baxmayaraq, İran nefti ilə bağlı istənilən əməliyyatları öz inhisarında saxlamaqda idi.1928-ci ildə İran rəhbəri Rza Şah Pəhləvi APOC-dan İrana ödəmələri artırmağı tələb edir. Bundan sonra isə bu məsələ ilə bağlı danışıqlar kifayət qədər uzandığına görə, şirkətin ölkədəki fəaliyyətinə son qoyur.Lakin bununla belə, şirkət İran neftinin hasilatı hüququnu özündə saxlaya bilir. Hər il İrana 45 min funt- 975 min funt sterlinq ödəməyə razılıq verir. Halbuki APOC İran neftinin satışından çoxlu milyonlar qazanmaqda idi.Bir müddət sonra şahın tələbi ilə, İran artıq Fars dövləti adını daşımadığına görə, 1935-ci ildə APOC yeni ad əldə edir: “İngiltərə-İran Neft Şirkəti” (Anglo-Iranian Oil Company; AIOC).Adında dəyişiklik edilməsinə baxmayaraq, AİOC-un İranla münasibətləri əvvəlki kimi mürəkkəb olaraq qalmaqda idi. 1946-cı ildə Abadanda yerləşən neft emalı zavodunda fəhlələrin presedentsiz nümayişi baş verir. Onlar şirkətdən əmək qanunvericiliyinə riayət olunmasını tələb edirdilər.AİOC güzəştə getməyə razı olur, lakin danışıqlar prosesinə təsir göstərmək gücünün nümayiş etdirilməsi və qorxu yaradılması məqsədilə, Britaniyanın hərbi gəmiləri İranın sahillərinə yan alır.Tarix özü sübuta yetirir ki, ölkənin siyasi elitasına bu cür təsir etmək səylərinin olması artıq Britaniyanın bir növ ənənəsinə çevrilib, çünki Britaniyanın neft şirkəti qarşısına çıxan maneələri aradan qaldırmaq üçün bütün mümkün imkanlardan istifadə edib.Məsələn, 1950-ci illərin əvvəllərində İranda hakimiyyətə millətçi ruhlu qüvvələr gələndə və neft yataqlarının milliləşdirilməsi haqqında qanun qəbul ediləndə AİOC İranda karbohidrogenlərin hasilatı hüququndan məhrum olmuşdu.Neft sahəsinin milliləşdirilməsi ilə bağlı görülən tədbirlər faktiki olaraq, Britaniya ilə İran arasında diplomatik münasibətlərin kəsilməsinə gətirib çıxarmışdı. Hətta Böyük Britaniya İrana qarşı BMT sanksiyalarının tətbiq edilməsinə də cəhd göstərmişdi. Yekunda - 1953-cü ildə Amerika xüsusi xidmət orqanları çox güman ki, Britaniya şirkətinin köməkliyi ilə İranda çevriliş etməyə nail ola bildilər. Nəticədə isə İranın baş naziri Mosaddıq devrildi, britaniyalılar isə İran iqtisadiyyatına olan təsir güclərini geri qaytamağa nail oldular.Belə bir fakt maraqlıdır ki, 1954-cü ildən etibarən adını dəyişərək British Petroleum qoyan AİOC-a İranda çevrilişin baş verməsi baha başa gəldi. O İran nefti üzərində inhisarı itirməli və onu bölüşdürməli oldu.Britaniya şirkəti yataqların üzərində nəzarət hüququnun yalnız 40%-ni bərpa edə bildi, digər 40% Amerika şirkətlərinin payına düşürdü, yerdə qalan 20% isə Niderland və Fransa şirkətlərinə məxsus idi.Qərbdə ölkənin demokratikləşməsinə səy göstərdiyi üçün İranın Corc Vaşinqtonu adını qazanmış Mosaddıq hökumətini devirən bp və amerikalılar şahı yenidən ölkəyə gətirdilər. O isə sərt və qəddar rejim yaratdı. Nəticədə xalqın səbr kasası dolduğu üçün sadəcə olaraq, 70-ci illərin sonunda həmin kasa partlamalı oldu.1979-cu ilin islam inqilabından sonra İranda yeni hakimiyyət əvvəlcə British Petroleum-la danışqlara girməyə başladı (Amerika şirkətlərindən fərqli olaraq), lakin daha sonra neft hasilatının milliləşdirildiyini elan etdi.Elə həmin il şirkətin Nigeriyada yerləşən yataqlarının milliləşdirilməsi məsələsinə təkan verildi. Eyni zamanda, yeri gəlmişkən, British Petroleum Afrikada da - Cənubi Afrika Respublikasında (CAR), Namibiya və Rodeziyadakı bir sıra layihələrdə iştirak etsə də, neft şirkəti qara əməllərinə görə, həmin ölkələrdə aparteidlə və insan hüquqlarının pozulması ilə mübarizə aparan fəallar tərəfindən ciddi tənqid atəşinə tutulmaqda idi.20-ci əsrin sonlarına doğru British Petroleum dəfələrlə böyük qalmaqalların mərkəzində peyda olmağa başladı. Lakin xüsusi məşhurluğu ona toksiki zəhərlərin və zibillərin dənizin dibində basdırılması ilə bağlı cəhdləri, eləcə də kimya məhsulları üçün sabit qiymətlərin müəyyən edilməsi ilə bağlı onun digər nəhəng korporasiyalarla işbirliyi qurmaq cəhdlərinin boşa çıxmasından yaranan səs-küylü qalmaqallar gətirmişdi.Bir müddət sonra şirkətin adı xəbərlərdə hallanırdı, lakin qalmaqalın yaşanma miqyası artıq dəyişməyə başlamışdı.Məsələn, 90-cı illərdə British Petroleum şirkəti insan hüquqlarının ciddi şəkildə pozulmasına görə fəal şəkildə tənqid atəşinə tutulurdu: şirkət Latın Amerikasında öz biznesini qiyamçılardan qorumaq məqsədilə faktiki olaraq ordu yaratmışdı və iqtidarın müxalifətə qarşı yönələn repsessiyalarına dəstək verməkdə idi.Qeyd edək ki, belə bir ləkəli siyahının yanında Azərbaycan əleyhinə sifarişli olaraq qara piarın təşkil edilməsi xalis məsumluq nümunəsidir. Lakin digər tərəfdən, məhz belə ləkəli əməllərlə dolu olan siyahı onu şübhəsiz olaraq deməyə imkan verir ki, britaniyalı neftçilər həqiqətən də bu işə qol qoymağa qadirdirlər. Həm də ki, Yaxın Şərqin keçmiş “neft kralının” Azərbaycanla bağlı narahatlıq keçirməsi də əsassız deyil.Sabiq olmaq mümkün deyilYeri gəlmişkən, sabiqlər haqqında... Bu işdə hələ digər maraqlı bir aspekt də mövcuddur.Praktiki olaraq istənilən məsələdə, hələ üstəlik bir cümlədə “Avropa” və “karbohidrogen” sözü varsa, orada Rusiya faktoru var.Bu neft-qaz ölkəsini Köhnə Dünyaya hər hansı neft və (xüsusilə) qaz nəqlinin həyata keçirilməsi alternativləri ciddi şəkildə qayğılandırır.Rusiyadan keçməyən istənilən marşrut Moskva tərəfindən demək olar ki, son dərəcə pis qarşılanır və “skeptik mövqeyə malik” tənqidin yağlı porsiyası ilə üzləşməli olur. Bundan əlavə, bir sıra ekspertlərin rəyinə görə, məhz Moskva özünə yaxın olan siyasətçilərin və kütləvi informasiya vasitələrinin köməyi ilə hər mümkün fürsətdə Avropa ilə öz rəqibləri arasında maneələr yaratmağa çalışır.Belə bir kontekstdə Britaniyanın “İndependent” nəşrinin mövqeyi kifayət qədər nəzərə çarpandır.Məhz dırnaqda yazılmalı olan Britaniya sözünün aid edildiyi nəşrin sahibi rusiyalı milyarder Aleksandr Lebedevdir. O bu yaxında bu Britaniya qəzetinin yeganə rəhbəri mövqeyini tutub, onun şəxsiyyəti isə belə desək, birmənalı qarşılanmamaqdadır.Xarici kəşfiyyat xidmətinin “keçmiş” podpolkovniki, bu gün isə Britaniyanın “İndependent” və “Evening Standard” qəzetlərinin sahibi olan Aleksandr Lebedev 1959-cu ilin dekabr ayının 16-da Moskvada anadan olub. Hal-hazırda o, “Forbes Russia”-nın siyahısında 89-cu yeri tutur (sərvəti 1,1 milyard dollardır).Anasının işlədiyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olandan sonra, Aleksandr Lebedev valyuta-maliyyə bölməsinin səkkizinci ingilis-ispan qrupunu bitirib. Sonra isə...Rəsmi versiyalardan birinə görə, Aleksandr Lebedev MDBMİ-ni bitirdikdən sonra 1983-cü ildə əvvəlcə SSRİ Milli Elmlər Akademiyasının yanında Dünya Sosialist Sistemi İqtisadiyyatı İnstitutunda işə başlayıb, daha sonra isə XİN-in mərkəzi aparatının Avropa şöbəsinə keçib.Qeyri-rəsmi versiyaya görə isə o, 1983-cü ildə Xarici Kəşfiyyat Akademiyasına qəbul olunub. Oranı bitirdikdən sonra isə yenə də, qeyri-rəsmi məlumatlara görə, Saşa Lebedev mərkəzi aparatda çalışmağa başlayıb, ancaq XİN-in yox, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (hal-hazırda Xarici Kəşfiyyat Xidməti) birinci idarəsinin aparatında işləyib.Yenə həmin versiyaya görə, məhz cənab Lebedevi kəşfiyyatçı qismində 1987-ci ildə Londondakı Sovet səfirliyinə yollayıblar. Bununla belə, yenə də kəşfiyyatçı Lebedevin adı Xarici Kəşfiyyat Xidmətinin əfsanəvi agentləri siyahısına daxil edilməyib.Lebedevin Böyük Britaniyada işlədiyi 5 il müddətində səfirliyin ikinci katibi qismində gördüyü yeganə faydalı iş ondan ibarətdir ki, o, Xarici İqtisadiyyat Bankının gələcək rəhbəri, o vaxt isə səfirliyin təsərrüfat işləri müdiri Andrey Kostinlə sıx münasibətlər yarada bilib.Bəli, bu tanışlıqdan gələn fayda Lebedevin ancaq özünə xeyir gətirib, onun doğma xüsusi xidmət idarəsi üçün yox...Bununla belə, əgər ölkənin süqutu ərəfəsində Aleksandr diplomatiya ilə kommersiya seçimində sonuncunu seçməyə üstünlük veribsə, daha sonra bunun maliyyəçi Lebedevin yuxarılar tərəfindən sezilməsində də rolu böyükdür.Onu nəinki xəyanətə görə cəzalandırmadılar, hətta oliqarxiya pilləsində daha yuxarılara qalxması üçün fəal şəkildə dəstəkləməyə və irəli çəkməyə başladılar. Əks halda, Lebedevin nə üçün 1995-ci ildə Milli Rezerv Bankının rəhbəri (“Qazprom” bu bankın iri səhmdarıdır) vəzifəsinə təyin edilməsi faktını izah etmək bir qədər çətindir.Necə deyərlər, DTK agenti heç vaxt sabiq olmur. Buna görə də, “İndependent”lə bağlı məsələdə Azərbaycana təzyiq göstərilməsi faktını məhz Rusiyanın Azərbaycanla Qərb arasında real olaraq, ziddiyyət yaratmağa çalışması cəhdi kimi nəzərdən keçirmək lazımdır.İri qaz istehlakçısı ilə potensial rəqibinin arasını vurmaq Moskva üçün “müqəddəs” işdir. Xüsusilə əgər bu rəqib uzun müddət “kiçik qardaş” rolunda olubsa və indiyə qədər Rusiya siyasətçilərinin rəyinə görə, necə deyərlər, “təsir orbiti”ndən kənarda qalan dövlətdirsə, bu cəhdin nə üçün edildiyi aydın olur. Təsadüfi deyil ki, son vaxtlar Rusiyanın bir çox istiqamətlərdə fəallaşdığı müşahidə edilir, siyasi şərhçilər bu fəallıqda nə az, nə çox, bu aspekti sezə biliblər – bunun adı Azərbaycanda daxili siyasi vəziyyətə təsir göstərmək cəhdidir.Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycanın tarazlaşdırılmış, bərabər məsafəli, sırf milli maraqlar üzərində qurulmuş xarici siyasəti özləri üçün sərfəli olan ssenariləri tətbiq etmək arzusu ilə qovrulan bütün qlobal oyunçuların boğazında düyün kimi qalıb. Moskva da istisna deyil.Moskva faktiki olaraq, səssiz-səmirsiz şəkildə Rusiya ərazisində Azərbaycan əleyhinə fəaliyyət göstərən “Sadval” terror təşkilatına və “Yolundan azmış milyarderlər klubu”na rəvac verməklə, Rusiya Federasiyası Prezidentinin Administrasiyasının nəzdində olan oteldə Azərbaycanın belə demək olarsa, ayrı-ayrı xalqlarının nümayəndələrinin də iştirak etdiyi tədbirdə Rusiya hakimiyyəti nümayəndələrinin də iştirak etməsinə zəmin yaradıb, eləcə də, “Cənub dəhlizi” layihəsinin həyata keçirilməsinə maneçilik törətmək üçün çoxsaylı səylər göstərib. Belə demək olarsa, bu dostun edəcəyi davranışlar deyil.Bütün bunların hamısı “Qazprom”un mövqelərinin güclü olduğu Almaniyada KİV-lərlə bağlı vəziyyətinin bir ucunun ruslarla bağlı olması ilə əla həmahənglik təşkil edir.Məhz bu amilin eynisi Britaniya mediası ilə, hətta bp ilə yaşanmaqdadır. O, həm də yeri gəlmişkən, bir müddət bundan qabaq Rusiyanın “Rosneft” neft şirkəti ilə sıx əlaqələr yaradıb. Həm də ki, “Rosneft”in rəhbəri baş nazirin keçmiş müavini İqor Seçindir.Onlar hər zaman olacaqlar...Çox da uzaq olmayan keçmişdə Prezident İlham Əliyev öz çıxışlarının birində Azərbaycan dövlətinin düşmənlərini çox dəqiq şəkildə müəyyənləşdirib. Erməni lobbisi və islamofobiya mərkəzləri ilə yanaşı, Prezident həmçinin düşmənlər qismində hələ də imperiya ambisiyaları güdən qüvvələri də gördüyünü vurğulayıb.“...Hələ başqa dairələr də var, sadəcə olaraq, onlar özlərini dünyada layiqli şəkildə aparmağa öyrəşməyiblər. Onlar müstəmləkə, koloniya olmağa alışıblar. Onlar məhz belə təfəkkürlə yaşayırlar. Necə deyərlər, öz ləyaqətini qoruyub saxlaya bilən, heç kimin qarşısında boyun əyməyən, müstəqil siyasət həyata keçirən ölkə görəndə, bəziləri üçün bu əsl problemə çevrilir.Məhz həmin mərkəzdən də hücumlar, bizə qarşı təzyiqlər edilməyə başlayır”, - deyə, Prezident İlham Əliyev qeyd edib.Maraqlıdır ki, demək olar iki həftə bundan əvvəl biz bəzi avropalı məmurların da Qərb KİV-lərinin yonub cilaladığı bənzər metodologiyadan istifadə edərək, əsaslandırılmamış ittihamlardan, həqiqətlə heç bir bağlılığı olmayan iddialardan, təhrif edilmiş faktlardan, qeyri-obyektiv tənqiddən və digər vasitələrdən necə səmərəli yararlandığının açıq-aşkar şahidi olduq.Xatırladaq ki, Azərbaycanın paytaxtında İnternetin İdarə Edilməsi üzrə IV Forumun keçirildiyi vaxtda Avropa Komissiyasının rəqəmsal texnologiyalar üzrə vitse-prezidenti Neli Krus Bakıya təşrif buyurmuşdu.Lakin Forumun açılış tədbirində iştirak etməsi üçün dəvət olunmasına baxmayaraq, Neli Krus buna vaxt tapmadı. Eyni zamanda, Azərbaycana qarşı heç bir əsası olmayan ittihamlarla çıxış etməyə, üstəlik, azərbaycanlıları onun kompüterinə və rəhbərlik etdiyi nümayəndə heyətinin noutbuklarına müdaxilə etmək cəhdində günahlandırmağa kifayət qədər vaxt tapdı.Daha sonra isə belə məlum oldu ki, qonaqların kompüterlərinə müdaxilə edilməsi cəhdləri ilə bağlı heç bir sübut-dəlil aşkarlanmayıb. “Zərərçəkənlər” isə yenə də müvafiq qurumlara müraciət etməyə və istintaqın aparılmasına rəvac vermək səylərindən istifadə etməyə belə çəkinmədilər.Bütün bunlar onu sübuta yetirir ki, Neli Krusun səfərinin məqsədi kifayət qədər cansıxıcı imiş- hədəf “fürsətdən” səmərəli istifadə edərək, iri beynəlxalq tədbirin keçirildiyi ərəfədə Azərbaycana qarşı daha çox neqativ piar yaratmaq imiş- göründüyü kimi, belə bir maraqlı beynəlxalq tədbirin onun vəzifə öhdəlikləri ilə birbaşa əlaqədar olmasına baxmayaraq, sözügedən forum “möhtərəm” qonağımızda maraq yarada bilməyib.Qərbə, Şimala və dünyanın digər cəhətlərinə bu həqiqəti çatdırmağın vaxtıdır: onlar bizim ehtiyatlarımızı özləri üçün sərfəli olan şərtlər əsasında əldə edə bilməyəcəklər, üstəlik, hamının bizi öz periferiyasına çevirmək cəhdləri hər zaman puça çıxacaq.Bizim öz yolumuz var, bu yol sırf Azərbaycan dövlətinin milli maraqlarına əsaslanır.Şərq incə məsələdir...Sirr deyil ki, müstəqillik əldə edəndən sonra Azərbaycan özü üçün Avropa inteqrasiyasını nəzərdə tutan kurs ayırd edib. Bu seçim özünü real davranışlarımızda sübuta yetirib – ölkə çoxsaylı Avropa qurumlarının üzvlüyünə daxil olub, öz üzərinə ciddi məsuliyyət yükü götürüb. Lakin bir çox analitiklərin rəyinə görə, son illərdə Avropa iqtisadi modelində böhran vəziyyəti, multikulturalizm ideyalarının faktiki olaraq iflasa uğraması, tərəfdaşlara münasibətdə tez-tez şantaj xarakterli bəyanatlardan istifadənin baş verməsi halları artıq rəsmi Bakının narazılığına səbəb olmaqdadır.Son vaxtlar inkişafın alternativ modelinin – belə demək olarsa, Şərq modelinin öyrənilməsi ilə bağlı imkanlar tez-tez tədqiq olunur.Bakı Cənubi-şərqi Asiya və Sakit okean ölkələri ilə daha sıx münasibətlər yaratmaqdadır.“Şərqi Asiya pələngləri” Azərbaycanda əcaib şəkildə qarşılanmır. Cənubi Koreya və Yaponiya şirkətləri ölkəmizdə çoxmilyonlu sazişlər imzalamaq imkanı əldə edirlər, Bakıda məsələn, Asiya Siyasi Partiyalarının Beynəlxalq Forumunun Baş Assambleyası keçirilir, ikitərəfli səfərlər həyata keçirilir. Bu yaxında Prezident İlham Əliyevin Sinqapura səfəri də bu qəbildəndir. Bu siyahını asanlıqla uzatmaq mümkündür.Bunu qeyd etmək vacibdir ki, “Şərqi Asiya pələngləri”nin inkişaf modeli Azərbaycanı həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən cəlb edə bilər, artıq böhrandan dərin iflasa uğrayan “qərb üslubu” yox, məhz bu model daha çox təqdir edilən və qəbul edilən versiya kimi nəzərdən keçirilə bilər.Çemberlenə cavabımızBir çoxları üçün aydındır ki, Azərbaycan bir sıra qonşularından fərqli olaraq, müstəqil xarici siyasət həyata keçirməyə, bu zaman da milli maraqlarından çıxış etməyə nail olur. Bakı heç bir mərkəzin diktəsi altında fəaliyyət göstərmir, forpost qismində çıxış etmir, beləliklə də, bu hal bəzi qüvvələr tərəfindən “itaətsizlik akt”ı kimi qiymətləndirilir.Nəticə isə ortadadır: gah Almaniya, gah Britaniya, gah da hər hansı ölkənin mətbuatı tərəfindən ölkəmizi ləkələmək üçün hazırlanan “qara piar” axını...Sözsüz ki, Azərbaycanı ləkələmək üçün edilən belə qeyri-sağlam cəhdlər də cavabsız qalmır. Azərbaycan tərəfinin əlində hər zaman böhtana və həqiqətin təhrif olunması səylərinə qarşı qoymaq üçün əsaslar var.Təcrübədən də göründüyü kimi, indiyə qədər keçirilən hər hansı, hətta ən çirkin kampaniya belə öz məqsədinə nail ola bilməyib.Fəqət hər kəs başa düşməlidir ki, istənilən şantaj cəhdi onlara qarşı simmetrik davranışlarla nəticələnə bilər. Belə bir halda təzyiq edən tərəf ona verilən layiqli cavabı da qəbul etməyə qabil olmalıdır.Belə ki, hakimiyyət eşelonuna yaxın olan mənbədən alınan məlumata görə, hətta bp-nin “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə neft konsorsiumunun operatoru kimi dəyişdirilməsi məsələsi də müzakirə olunub.Prezidentin bəyanatları ilə bir yerdə məhz bu qaynar xəbər şübhəsiz ki, britaniyalıların kürkünə qəfildən birə salıb.Lakin əmin ola bilərlər ki, qaşınmağa nə qədər çox davam etsələr, bunun nəticəsi də onlar üçün bir o qədər az olacaq.Bunun müqabilində Azərbaycan tərəfindən aparılacaq haqq-hesab zamanı sırf ölkənin iqtisadi məqsədləri və maraqları əsas götürüləcək.1news.az

OXŞAR XƏBƏRLƏR