Qorxuya yox deyək – II YAZI

MARAQLI
19:16 18.01.2012
1819

Nəcəf Allahverdiyev ("KarnegiKlubun" rəhbəri)

Əslində bu qorxunun qnoselogiyasında həm psixoloji, həm də fizioloji faktorlar durur. Psixoloji faktorlar arasında isə əsas amillərdən biri özünəinam amilidir. Bu amilin insanın inkşafı baxımından çox böyük təsiri vardır.

Bələ ki, məhşur trannasional şirkətlərin birində şirkət sahibləri işçilərin böyük bir hissəsinin işə çox sönük yanaşmasını müşahidə edirdilər. Söhbət heçdə bu işçilərin pis işdəməsindən getmirdi, əksinə bu qrup işçi vaxtı vaxtında işə gəlir, boyunlarına düşən vəzifəni yerinə YETİRİRDİLƏR. Lakin digər azsaylı bir qrup da var idi ki, onlar öz işlərini görməklə yanaşı, həm də işə tam fərqli yanaşırdılar, çox kreativ idilər, çox yaradıcı bir yanaşmaları var idi. Şirkət sahibləri psixoloqlar və sosioloqlardan ibarət bir alim heyəti dəvət edir və onlara bir tapşırıq verir ki, işçilərin çoxunun qeyri - kreativ və digər tərəfdən az bir insanin kreativ olmasının səbəbini araşdırsınlar... Görəsən hansı səbəbdən işçilər iki yerə bölünür? Səbəb nədir? Hansı amillər buna təsir göstərir? Əcəba əmək haqqının çoxluğu və ya azlığı, ya hansısa regional faktor, ya ailədə neçenci olmaq, ya da neçe dil bilmək, ya subay və ya evli olmaq təsir edir insanın kreativ olmasına?...

Alimlər geniş bir təhqiqat aparırlar və bütün faktorları və amilləri dəyərləndiməyə çalışırlar. Və nəhayətdə çox maraqlı bir nəticə əldə edirlər. Sən demə kreativ insanları qeyri - kreativ insanlardan fərqləndirən cəhət ondan ibarət imiş ki, kreativ insanlar qeyri - kreativ insanların əksinə olaraq öz kreativliklərinə inanırmışlar. Bir bu amil bəs edir ki, insan kreativ olsun.

Təhqiqatın növbəti mərhələsində “Firma” sahiblər alimlərdən istəyirlərki, on nəfər qeyri - kreativ işçini kreativ etsinlər. Və alimlər bununda öhdəsindən asanlıqla gəlirlər. Belə ki, 10 nəfərdən ibarət qrupa treninqlər keçirilir, onların özünəinamları bərpa edilir və nəhayətdə bu on nəfər kreativ insana çevrilirlər.

Özünəinamın gücü haqqında bu eksperiment də açıq aşkar danışır. Amerika ştatlarından kolleclərin birində bələ bir eksperiment keçirilmişdir. Bir xüsusi sinif hazırlanmış və həmin sinifdəki yeni təyin olunmuş müəlimlərə elan olunmuşdur ki, siz bu ştatın ən yaxşı müəllimlərisiniz. Və sizin şagirdləriniz də ən seçilmiş şagirdlərdir. Biz ilin sonunda nəticələri müqayisə edəcəyik. Bələliklə, bir il keçir və şagirdlər imtahanlarını verirlər. Onların qiymətləri çox yüksək səviyyəli olur. Eksperimenti keçirən alimlər sonda yenədə həmin sinifin müəlimlərini toprlayırlar və onlara maraqlı bir faktı açıqlayırlar - siz heçdə bu ştatın ən yaxşı müəllimləri deyildin, biz sizləri təsadüfi seçki nəticəsində toplamışdıq və heç şagirdlərinizdə ən yaxşılar deyildilər. Onlarda təsadüfi seçki nəticəsində müəyənləşmişdilər və aralarında həm yaxşı oxuyan, həm orta oxuyan, həmdə pis oxuyanlar var idi. Amma siz müəlimlər, həm özünüzün, həm də şagirdlərin ən yaxşı olmasına inandıqdan sonra şagirdlər gözəl nəticə əldə etmişlər.

İnsanın həyatında təlqinin təsir gücünü gostərmək üçün bir misal da göstərmək istərdik. Afrikadakı sivilizasiyadan uzaq qalan aboriqen qəbilələrindən birinin içində iki alim təhqiqat aparır. Onlar bu qəbilənin yaşayışını və dünyagörüşünü öyrənirdilər. Məlum olur ki, bu qəbilənin inanclarına görə onların yaşadığı məntəqədən bir qədər aralıda axan çayı yerli qəbilə dünyanın sonu sayır və o çaydan sonra heç nəyin olmadığına iddia edirdilər.

Günlərin bir günü alimlər və bir dəstə aboriqen həmin çaya yaxınlaşırlar. Alimlərdən biri çayın o biri tayına keçir. Və çox maraqlı bir mənzərə müşahidə olunur. Aboriqenlərlə birgə qalan alim çayın o tayında olan alimi görür və ona əl edir. Amma yanındakı aboriqenlər ona təəccüblə baxırlar çünki, onlar çayın o biri tərəfindəki alimi görmürlər. Və bu onların görmə qabiliyyəti ilə bağlı deyildi, bu onların əqidələri və inancları ilə bağlı idi.

Burada məhşur bir misalı demək yerinə düşərdi:

ARDI VAR...

Əvvəlki yazı:

https://www.azxeber.com/index.php?action=static_detail&static_id=12069

OXŞAR XƏBƏRLƏR