xari

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə İşçi Qrupunun ilk onlayn görüşü keçirildi

SİYASƏT
21:26 09.07.2020
769
Bu gün Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupunun ilk onlayn görüşü keçirilib.

XİN-dən AZXEBER.COM-a verilən məlumata görə, sözügedən İşçi Qrup Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında videokonfransının Bəyannaməsinin müvafiq bəndinə əsasən təsis edilmiş və Qrupa Qoşulmama Hərəkatı üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunacağı vahid məlumat bazasının hazırlanması tapşırılmışdır.

Görüş zamanı İşçi Qrupun sədri qismində Azərbaycan nümayəndə heyəti tərəfindən Təmas Qrupunun Zirvə Görüşündən ötən müddət ərzində İşçi Qrupun formalaşdırılması və QH üzv dövlətlərinin ehtiyacları ilə bağlı məlumat bazasının hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verilib və hazırlanmış məlumat bazası iştirakçılara nümayiş etdirilib.

Görüşdə Qoşulmama Hərəkatına üzv olan bir çox dövlətin nümayəndələri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının çoxtərəfli məsələlər üzrə Baş direktoru xanım Mişel Bokkoz və qurumun Əməliyyatlar və Təchizat məsələləri bölməsinin rəhbəri Paul Molinaro iştirak ediblər.

ÜST nümayəndələri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidentinə COVID-19-a qarşı mübarizə sahəsində beynəlxalq səylərə, o cümlədən ÜST-nin fəaliyyətinə verdiyi davamlı dəstəyə görə minnətdarlıq ifadə edərək ölkə başçısının təşəbbüsü ilə təsis olunan hazırkı İşçi Qrupunun fəaliyyətinə dəstək bildiriblər. ÜST nümayəndələri, həmçinin QH sədri qismində Azərbaycan tərəfindən ÜST-ə təqdim olunmuş müvafiq məlumatlar əsasında təşkilat tərəfindən QH üzv dövlətlərinə yardım göstərilməyə başladığını qeyd edib və bu istiqamətdə QH-nin İşçi Qrupu ilə bundan sonra da əməkdaşlıq etməkdən məmnun olacaqlarını vurğulayıblar.

Daha sonra görüşdə iştirak edən QH üzv dövlətləri çıxış edərək Hərəkatın sədri qismində Azərbaycanın COVID-19-a qarşı mübarizə sahəsində həyata keçirdiyi intensiv fəaliyyətə görə ölkəmizə təşəkkür edib və pandemiyaya qarşı mübarizə sahəsində öz ölkələrində görülən işlər barədə məlumat veriblər.

Görüşün yekununda İşçi Qrupun fəaliyyəti ilə bağlı növbəti addımlar planlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:27 16.01.2021

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi

22:07 16.01.2021

Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub

21:50 16.01.2021

Bayden mühüm vəzifələrə namizədlərini açıqladı

21:27 16.01.2021

Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı

20:33 16.01.2021

Özil “Arsenal”la yollarını ayırdı: “Fənərbaxça”ya keçəcəyi gözlənilir

20:18 16.01.2021

Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı

20:00 16.01.2021

Hikmət Hacıyev: Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır

19:08 16.01.2021

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək

18:59 16.01.2021

Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”

18:41 16.01.2021

Dövlət Baxçalı: “Uyğun görülsə, Şuşada məktəb açmaq istəyirik”

18:02 16.01.2021

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olundu

17:51 16.01.2021

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

17:27 16.01.2021

Küçədə yaşayan 25 yaşlı Orxanın həyatı hər kəsi kövrəltdi - VİDEO

17:16 16.01.2021

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

17:03 16.01.2021

40 yaşlı qadın su kanalında batdı

16:36 16.01.2021

Vüqar Rəhimzadə: Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq