Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 27-də saat 09:00-dan 09:15-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 10:00-dan 10:12-dək və 18:15-dən 18:35-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20:10-dan 20:25-dək və fevralın 29-da saat 03:00-dan 03:20-dək Tərtər rayonunun Göyarx, Çiləbürt və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 06:00-dan 06:02-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.