Qovulan 5 rəislə bağlı DİN-dən - AÇIQLAMA

Qovulan 5 rəislə bağlı DİN-dən - AÇIQLAMA
Bütün Xəbərlər
17:44 15.12.2014
2387
Bu gün Daxili İşlər Nazirliyində vəzifəli şəxslər işdən azad olunublar.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsində idarəçilik və təşkilatçılıq fəaliyyətinin yoxlanılmasının nəticələrinə həsr olunmuş naziryanı əməliyyat müşavirəsi zamanı bildirilib.Bildirilib ki, işdə yol verdikləri ciddi nöqsanlara görə Baş İdarənin Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov və digər 3 əməkdaş tutduqları vəzifələrdən azad olunublar.
OXŞAR XƏBƏRLƏR