Qriqorçuk azarkeşlәri satqın adlandırdı

İDMAN
01:45 12.05.2016
1362
Topaz Premyer Liqasının XXXIV turunda “Qarabağ” “Əlincə Arena”da “Qəbələ”ni 2-0 hesabıyla məğlub edib.

AZXEBER.COM xәbәr verir ki, oyunsonrası mətbuat konfransında "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib: "Rəqibi qələbə münasibətiylə təbrik edirəm. Onlar doğrudan da güclü komandadırlar. Onların güclü olması, turnir cədvəlində də öz əksini tapır”.

- "Qarabağ” artıq işini bitirib. Bu günkü oyunda sizdən yaxşı oyun gözləsək də, bunun şahidi olmadıq. Səbəb nədir?

- Hücumdan müdafiəyə qoşularkən səhvlərə yol verdik. Hesabda geri olduğumuz zaman təzyiqi artırmalıydıq. Amma bunu bacarmadıq.

- Bu gün azarkeşlər sizi istefaya səslədi. Özünüzü necə hiss edirsiniz?

- Mən özümə inanmağa davam edirəm. Bu, azarkeşlərimizin seçimidir. Bu, onların komandaya olan sevgisini göstərir. Azarkeşləri bu hərəkətlərinə görə satqın adlandırardım.

- Cavid Hüseynovun yoxluğunda komandanızı arxasınca aparan lider futbolçu yoxdur...

- Cavidi çox istəyirəm. Onun yoxluğu hiss olunur. Komandamızda çox lider futbolçu olmalıdır.

- Azarkeşlərinizi satqın adlandırdınız. Düşünürsünüz ki, azarkeşləriniz sizi kiməsə satıb?

- Deməzdim ki, satqınlıq... Amma məndə belə bir hiss yaradırlar. Bizi Avropa Liqasında dəstəkləyən azarkeşlərin bu gün belə bir münasibət göstərməsini qəbul edə bilmirəm. Gələcəkdə vəziyyətimiz düzəlsə, mən o insanlarla ünsiyyət qurmayacağam.

- "Qəbələ” azarkeşlərini satqın adlandırdınız. Qəbələyə qayıtmaqdan qorxmursunuz?

- Satqınlıq deməzdim, belə bir hiss yaşadığımı deyərdim. Qəbələyə qayıtmaqdan qorxmuram və sözümün arxasındayam.
OXŞAR XƏBƏRLƏR