Qriqorçuk: "Yəqin ki, bizi "Mançester Yunayted"lə səhv salmamısız"

İDMAN
10:00 21.08.2015
1551
"Futbolçularım əlindən gələni etdi. Komandamdan razı qaldım".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının "pley-off" mərhələsində "Panatinaikos"la ilk matçdan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis komandasının kifayət qədər yaxşı oyun nümayiş etdiridiyini bildirib:
"Yəqin ki, bizi "Mançester Yunayted"lə səhv salmamısız. Fikrimcə, komandam yüksək səviyyəli oyun nümayiş etdirdi. Əvəzetmələri şərh etmək istəmriəm. Oyuna əsasən deyə bilərəm ki, orta xətdə müəyyən çatışmazlıqlar var idi. Əks-hücumların qurulmasında gecikirdik. Futbolçular sürətdə bir qədər geri qalırdı".
R.Qriqorçuk Cavid Hüseynovun yoxluğunun hiss olunduğunu qeyd edib:
"Cavidin yoxluğu böyük itkidir. Ancaq qrup mərhələsinə düşmək istəyən komanda bir futbolçudan asılı olmamalıdır. Caviddən başqa da yaxşı futbolçularımız var. Bu gün onlar özlərini yaxşı tərəfdən göstərdilər".
OXŞAR XƏBƏRLƏR