Beynəlxalq "Quacquarelli Symonds” (QS) reytinq agentliyi "QS Dayanıqlılıq Reytinqi 2027”nin nəticələrini açıqlayıb. Yeni siyahıda Azərbaycanın 9 universiteti yer alıb.
AZXEBER.COM xəbər verir ki, ötən il bu göstərici 8 olub.
Dünyanın 107 ölkəsindən 2000-dən çox ali təhsil müəssisəsinin daxil edildiyi reytinqdə bu il aşağıdakı Azərbaycan universitetləri təmsil olunub:
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC);
Bakı Dövlət Universiteti;
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti;
Azərbaycan Texniki Universiteti;
Azərbaycan Memarlıq və İnşaat Universiteti;
Bakı Mühəndislik Universiteti;
Xəzər Universiteti;
Qərbi Kaspi Universiteti;
Sumqayıt Dövlət Universiteti.
Azərbaycan universitetləri arasında ən yüksək nəticəni UNEC göstərib. Universitet dünya reytinqində 582-ci yerdə qərarlaşıb və ötən illə müqayisədə 144 pillə irəliləyib.
Bakı Dövlət Universiteti isə "Ekoloji dayanıqlılıq” göstəricisi üzrə dünyada 152-ci yeri tutub.
Ümumilikdə, Azərbaycan universitetləri idarəetmə, ekoloji dayanıqlılıq və ekoloji təhsil istiqamətlərində də yüksək nəticələr nümayiş etdiriblər.











































