Quba Rayon İcra Hakimiyyətinin yeni binası istifadəyə verilib

Quba Rayon İcra Hakimiyyətinin yeni binası istifadəyə verilib
SİYASƏT
17:12 18.09.2013
1277

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.

Dövlət başçısı və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, üçmərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib.

Prezident və xanımı inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış olublar. Mərkəzdə rayonun icra nümayəndəlikləri ilə birbaşa canlı bağlantı yaratmaq mümkündür.

Memarlıq və tikinti şöbəsində yaradılan şəraitlə tanışlıq zamanı prezidentə Quba şəhərinin baş planı, rayonun elektron xəritəsi və görülən işlərlə bağlı geniş məlumat verilib.

OXŞAR XƏBƏRLƏR