Quba-Xaçmazda “Bir damla qan, min ümidə can” aksiyası keçirildi - FOTOLAR

Quba-Xaçmazda “Bir damla qan, min ümidə can” aksiyası keçirildi - FOTOLAR
SOSİAL
17:56 24.09.2026
133
27 sentyabr – Anım Gününə həsr olunmuş "Bir damla qan, min ümidə can” devizi ilə keçirilən qanvermə aksiyası Quba-Xaçmaz bölgəsində davam edib.

AZXEBER.COM xəbər verir ki, KOBİA və İCMA-nın birgə təşkilatçılığı, Marsol Group, Quba İş Adamlarına Dəstək İctimai Birliyi, Məlhəm Beynəlxalq Hospital, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə keçirilən aksiya çərçivəsində bölgədə fəaliyyət göstərən Marsol Region partnyorları, şirkət əməkdaşları və yerli sakinlər qanvermə aksiyasına qoşulublar.

İştirakçılar qanverməklə xeyirxah təşəbbüsə dəstək göstəriblər.

Könüllü qanvermə zamanı donorların sağlamlıq vəziyyəti mütəxəssislər tərəfindən yoxlanılıb. Müvafiq tibbi müayinədən sonra donorların qanı götürülüb.

Qeyd edək ki, "Bir damla qan, min ümidə can” devizi ilə keçirilən aksiya 25 sentyabr tarixində Bakı şəhərində davam edəcək.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR