Quba-Xınalıq yolunda qar uçqunu: yol bağlandı

Quba-Xınalıq yolunda qar uçqunu: yol bağlandı
Bütün Xəbərlər
14:27 22.12.2015
1032
Bu gün Quba - Xınalıq yolunda qar uçqunu baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qar uçqunu yolun 36 və 37-ci kilometrliyində qeydə alınıb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb.
Əraziyə Quba 6 saylı Yol İstismar Sahəsinin texnikası cəlb olunub. Yolda hərəkətin bərpası üçün işlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR