Quba rayonunda dəhşətli qətlin üstü açılıb.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Amsar kənd sakini, 18 yaşlı İmran Aslanov polis tərəfindən şübhəli şəxs qismində tutulub.
Araşdırmalar zamanı onun bu ilin mart ayının 21-də Quba rayon sakini, 84 yaşlı Gülpəri Musayevanın yaşadığı evə qarət məqsədi ilə girərək ev sahibəsini boğaraq qətlə yetirməsi müəyyən edilib.
İ. Aslanov polisə ifadəsində törətdiyi əməli etiraf edib. O qeyd edib ki, ahıl qadını öldürdükdən sonra mənzildən 103 manat pul aparıb. Qadını da heç kimin görmədiyi ərazidə torpağa basdırıb.
Ekspertlərin iştirakı ilə meyit eksqumasiya edilib.