Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 300 m²(hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli, 7 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 40 m² sahədə yanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.