Qubada 8 yaşlı uşaq çayda batdı

Qubada 8 yaşlı uşaq çayda batdı
Bütün Xəbərlər
11:17 20.09.2014
1209

Ötən gün Quba rayonunda bədbəxt hadisə baş verib.

Quba rayon sakini 2006-cı il təvəllüdlü Fərid Elxan oğlu Qədirov Qudyalçayın rayon ərazisindən keçən hissəsində batıb.

Bu gün səhər saatlarında F. Qədirovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.//APA

OXŞAR XƏBƏRLƏR