Quba-Xaçmaz yolunun 12-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Quba rayonunun Barlı kəndi ərazində qeydə alınıb.
“Hyundai” markalı “10 VR 410” dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində 3 nəfər hadisə yerində ölüb. AZXEBER.COM xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza zamanı “Hyundai" markalı avtomobildə olan Hüseynov Camal Tofiq oğlu, Qəribov Samir Qərib oğlu və Rəhimov Emil Ağarəhim oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüblər.
Hadisə yerinə FHN xilasediciləri cəlb olunub. Xilasedicilər meyitlərin deformasiyaya uğramış avtomobildən çıxarılması əməliyyatını aparır. Faktla bağlı araşdırmalara başlanılıb.