Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb

Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
SOSİAL
16:12 04.10.2026
141
Quba rayonunun Bəhrəli kəndində avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb.

AZXEBER.COM xəbər verir ki, 30 sentyabr tarixində Bəhrəli kəndi ərazisində yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Pirmuradova Gülay Şöhrət qızını avtomobil vurub.

Ağır xəsarətlər alan qız Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, döş qəfəsinin kontuziyası və qarın boşluğunun küt travması diaqnozları qoyulub.

Vəziyyəti ağır qiymətləndirilən Gülayın müalicəsi reanimasiya şöbəsində davam etdirilib.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Gülay Pirmuradova Rəhman Məmmədov adına Çinarlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

APA//
OXŞAR XƏBƏRLƏR