Qubada Bakı sakinindən "patı" aşkarlandı

KRİMİNAL
11:15 13.09.2021
286
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri sakini Orxan Əliyev saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman "patı”, "şüşə” adlanan narkotik tərkibli metamfetamin və güclü təsiredici maddə preqabalin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR