Qubanın Qonaqkənd istiqamətinə gedən yolun 31-ci kilometrliyində dağ uçqunu baş verib. Böyük qaya parçaları təxminən 12 yaşayış məntəqəsinə gedən yolu bağlayıb. Quba ixtisaslaşdırılmış Yol İdarəsinin rəisi Tağı Tağıyev də faktı təsdiqləyib.Quba FHN komissiyasının üzvü Yusif Abidovun verdiyi məlumata görə, Bakıdan xüsusi texnika gətirilib. Yolun təmizlənmə işlərinə start veriləcək.Uçqunun səbəbləri komissiya üzvləri tərəfindən araşdırılır. İlkin səbəb kimi son zamanlar havanın yağmurlu, yağıntılı keçməsi göstərilir.