Quba rayonunda "Təmiz ekologiya – sağlam gələcək!” layihəsinin icrası çərçivəsində tədbir keçirilib.
AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə şagirdlərin iştirakı ilə keçirilən növbəti tədbirdə Y. Musayev layihə və onun donoru haqqında danışaraq bildirib ki, bu gün ekologiyanın və ətraf mühitin qorunması istiqamətində aparılan işlərdə və aksiyalarda aktiv şəkildə iştirak etməlidirlər. Əsasən də turizm məkanlarından olan region gəncləri bu mövzuda daha fəallıq nümayiş etdirməlidirlər.
Ekspert zəngin floraya malik Quba rayonunda icra olunan layihənin əhəmiyyətindən danışıb və yeniyetmələri təbii sərvətlərimizi, ətraf mühitimizi qorumağa çağırıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Yusif Musayev tərəfindən icra olunur.
Şagirdlərə layihə çərçivəsində nəşr etdirilmiş maarifləndirici bukletlər paylanılıb.