Quba şəhəri ərazisində bədbəxt hadisə baş verib.
AZXEBER.COM-un məlumata görə 1968-ci il təvəllüdlü Quba rayonunun Amsar kənd sakini Nuxcanov Cavid Abdulla oğlu torpaq uçqunun altında qalaraq dünyasını dəyişib.Məlumata görə su anbarının tikintisi üçün aparılan qazıntı işləri zamanı qəfildən torpaq uçqunu baş verib və nəticədə “Texno Atina” şirkətində fəhlə işləyən Cavid Nuxcanov torpağın altında qalıb. Yoldaşları onu torpağın altında çıxararaq Quba MRX-na apararkən yolda dünyasını dəyişib.Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.