Qubada gərginlik: 1000-ə yaxın sakin icra hakimiyyətinə hücum etdi - VİDEO
Bütün Xəbərlər
12:20 01.03.2012
2352
Bu gün saat 10 radələrində Quba rayon icra hakimiyyəti qarşısında etiraz aksiyası başlayıb. 1000-ə yaxın adam icra hakimiyyəti qarşısına yürüş edib. "Azadlıq" radiosunun verdiyi xəbərə görə, onlar rayon icra başçısının bir neçə gün əvvəl qubalılar barədə dediyi fikirlərdən narazıdırlar. Bir neçə gün əvvəl toplantıların birində rayonun icra başçısı Rauf Həbibovun çıxışı ilə bağlı video görüntülər yayılıb. Həmin çıxışda icra başçısı qubalıları satqınlıqda, öz torpaqlarını 30-40 manata satmaqda günahlandırır. İcra hakimiyyəti qarşısına yığışan adamlar icra başçısının istefasını tələb edirlər.Son anda aldığımız məlumata görə, rayonun ağsaqqal sayılan 3 nəfər icra başçısının qəbuluna girib. Onlar tələb edirlər ki, icra başçısı aksiya iştirakçılarının qarşısına çıxıb sakinlərdən üzr istəsin və istefa versin.