Qubada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb

Qubada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb
SOSİAL
15:14 02.08.2026
152
Qubada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Quba şəhərinin Əliqulu Nərimanov küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, "Chevrolet" və "Ford" minik avtomobilləri toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR