Qubada kəndin örüş sahələri satılır? - VİDEO

Qubada kəndin örüş sahələri satılır? - VİDEO
SOSİAL
22:05 14.06.2026
227
"Kəndin örüş sahələri satılır, mal-qara otarmağa yer yoxdur". Bu iddia ilə Qubanın ucqar Qalaxudat kəndinin sakinləri "Xəzər xəbər"ə müraciət ediblər.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, kənd sakinləri bildirirlər ki, ildən-ilə örüş sahələri azalır. Artıq mal-qaranı kəndin daxilində, hətta qəbiristanlıq ətrafındakı ərazilərdə saxlamağa məcbur qalırlar.

 Qalaxudat kəndinin sakinləri bildirirlər ki, bu il də örüş sahələrinin bir hissəsi kənar şəxslərin istifadəsinə verilib:

 İddialarla bağlı Qalaxudat kənd bələdiyyəsinin sədri Nadir Məmmədov bildirdi ki, adıçəkilən örüş sahələri bələdiyyənin balansındadır. Onun sözlərinə görə, kənd sakinləri ötən il həmin ərazilərlə bağlı vergiləri ödəməyiblər. Nadir Məmmədov qeyd edib ki, sözügedən ərazi Qalaxudat kənd sakininin istifadəsinə verilib və həmin şəxs qanunvericiliyə uyğun olaraq istədiyi şəxslərin heyvanlarını da ora gətirə bilər. Bələdiyyə sədri əlavə edib ki, məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinə də kənd sakinləri tərəfindən müraciət daxil olub və bununla əlaqədar izahat vermək üçün o da icra hakimiyyətinə dəvət edilib.

OXŞAR XƏBƏRLƏR