Seçki məntəqəsinin sədri faciəli şəkildə öldü

Seçki məntəqəsinin sədri faciəli şəkildə öldü
HADİSƏ
09:36 15.12.2025
550
Qubada 41 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

AZXEBER.COM xəbər verir ki, hadisə dekabrın 15-i saat 00:10 radələrində Quba rayon Dağlı kəndində qeydə alınıb.

Belə ki, rayonun Dağlı kənd sakini 41 yaşlı Atayev Vüqar Qədirağa oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, V.Atayev 52 saylı Quba Seçki Dairəsi üzrə 16 saylı seçki məntəqəsinin sədri olub.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR