Qubada maşın divara çırpıldı, yaralılar var

Qubada maşın divara çırpıldı, yaralılar var
Bütün Xəbərlər
16:43 15.05.2013
967
Bu gün günorta saatlarında Quba rayonu Quba-Qəşrəş yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alan Quba rayon sakinləri 1982-ci il təvəllüdlü Sərxan Şirin oğlu Nağıyev, Xoşqədəm İbrahim qızı Xudayarova cərrahiyyə, Firuz adlı şəxs isə reanimasiya şöbəsində yerləşdirilib. Sonuncu şəxsin vəziyyətinin daha ağır olduğu bildirilir.Hadisənin yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR