Qubada Mircəfər Bağırovun oğlunu ‘devirdi’lər - VİDEO

Qubada Mircəfər Bağırovun oğlunu ‘devirdi’lər - VİDEO
MEDİA
17:02 02.05.2012
4829

8 alman təyyarəsini vuraraq şəhid olan Cahangir Bağırovun büstünün yeni ərazidə qoyulacağı bildirilir

Böyük Vətən Müharibəsində xüsusi igidlik göstərərək 8 alman təyyarəsini vuraraq şəhid olan Cahangir Bağırovun büstü artıq iki ildir ki, şəhər tarix diyarşünaslıq muzeyinin həyətində atılıb qalıb.

8 alman təyyarəsini vuraraq şəhid olan Cahangir Bağırovun büstü Quba şəhərində 1990-cı ildə şəhərdəki Nizami adına parkın ərazisinə qoyulub. Büstün qoyulmasında şəhər sakinlərinin 3000 manat vəsaiti xərcləndiyini deyən Rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli bildirir ki, təxminən iki il öncə parkda yenidənqurma işləri görülərkən büst burdan çıxarılaraq, muzeyin həyətinə atılıb. Onun sözlərinə görə Böyük Vətən Müharibəsində 10-a yaxın alman təyyarəsini susdurmuş Cahangir Bağırovun büstü Quba şəhərində yenidən bərpa olunmalıdır. Əks halda bu tarixi keçmişimizə hörmətsizlikdir.

Cahangir Bağırovun qohumlarından olan Xaçmaz sakini Ağatağı Bağırov da bu fikirdədir ki, müharibədə xüsusi igidlik göstərmiş bu şəxsin büstünün bərpası şəhər sakinləri üçün də vacib şərtdir. Çünki onun kimi qəhrəmanlığı çox nadir adamlar edir.

Quba Mədəniyyət və Turizm Şöbəsindən bildirildi ki, haqqında söhbət gedən büst idarədə qeydiyyatda deyil. Buna baxmayaraq o vəd etdi ki, yeni muzey tikilərkən büst onun ərazisində qoyulacaq.

Böyük Vətən Müharibəsində döyüşlərin qızğın vaxtında yanacağı qurtadığına görə öz təyyarəsini düşmən texnikasına vuraraq həlak olmuş Cahangir Bağırov uzun müddət Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş Mircəfər Bağırovun oğludur.

OXŞAR XƏBƏRLƏR