Qubada qazıntı işləri aparan ekskavator çaya aşıb, sürücü tapılmır

Qubada qazıntı işləri aparan ekskavator çaya aşıb, sürücü tapılmır
SOSİAL
23:26 07.02.2019
7384
Qubada bədbəxt hadisə baş verib.

AZXEBER.COM xezerxeber.az-a istinadən bildirir ki, Vəlvələçayda qazıntı işləri aparan ekskavator aşıb. Ekskavatorun sürücüsü 41 yaşlı Şabran rayon sakini Qasımov Vüqar Eyvaz oğlunun uçqun altında qaldığı ehtimal olunur.
 
Əraziyə hüquq-mühafizə oqranlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub. Aparılan axtarışlar hələ ki, nəticəsiz qalıb. Sürücünün taleyi barədə heç bir məlumat yoxdur.
 
Axtarışlar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR