Qubalılıarı ayağa qaldıran çıxış: 'Qubalılar nankordur, onlar Qubanı satıblar' - VİDEO

Qubalılıarı ayağa qaldıran çıxış:
Bütün Xəbərlər
13:00 01.03.2012
4190
Bu gün səhər Quba rayon İcra Hakimiyyətinin binasının qarşısında 10 minədək adam toplaşıb. Onlar “qubalılar öz rayonlarını da satıblar, özlərini də” deyən icra başçısı Rauf Həbibovun təhqiramiz fikirlərindən hiddətləniblər. Qeyri-rəsmi məlumatlara görə, mitinqçilər Həbibovun istefasını tələb edir və İcra Hakimiyyətinin binasının qapı-pəncərələrini sındırırlar. etirazçılar İcra Hakimiyyətinin binasını əhatəyə alıblar, rayona daxili qoşunlar yeridilib.   Son məlumatlara görə, etirazçılarla daxili qoşunlar arasında qarşıdurma başlayıb. Mitinqçilərə qarşı gözyaşardıcı qazdan istifadə olunduqdan sonra vəziyyət gərginləşib.AZXEBER.COM Qubalıları ayağa qaldıran çıxışı təqdim edir. 
OXŞAR XƏBƏRLƏR