Qudalara "Qurbanlıq payı" aparmaq günahdır? - İlahiyyatçıdan açıqlama

Qudalara "Qurbanlıq payı" aparmaq günahdır? - İlahiyyatçıdan açıqlama
SOSİAL
22:18 25.05.2026
588
Qurban bayramı Azərbaycan cəmiyyətində təkcə dini ibadət deyil, həm də sosial və ailə ənənələrinin formalaşdığı mühüm mədəni hadisə kimi qəbul olunur. Xüsusilə ailə qurmağa hazırlaşan cütlüklərə qurban kəsilməsi, nişanlı qıza qurban aparılması kimi adətlər bir çox ailələrdə geniş yayılıb və nəsildən nəsilə ötürülərək bu günə qədər gəlib çatıb. Lakin bu ənənələrin dini baxımdan əsasları və İslamda tutduğu yer barədə ictimaiyyət arasında kifayət qədər dəqiq və vahid məlumatın olmaması müxtəlif yanaşmaların formalaşmasına səbəb olur. 

Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bizdə əsrlər boyu belə bir adət formalaşıb ki, nişan ərəfəsində oğlan evi qız evinə Qurban bayramında gözəl, canlı, sağlam, bəzədilmiş bir qoç aparıb qurban kəsirlər:

"Bu o mənaya gəlir ki, yeni qurulan ailənin təməli sağlam olsun, evlilikləri əbədi qalsın, həyat boyu hər iki cütlük heç bir pisliklə qarşılaşmasın. Biz də bilirik ki, islam dini Allahın sözlərinə və şəriətə zidd olmayan bütün adət-ənənələri dəstəkləyir. Həm də onsuzda bizim bütün adət-ənənələrimiz islamla birləşərək vəhdət halında yerinə yetirilir. İndi də Qurban bayramı yaxınlaşdıqca xalq arasında uzun illərdir davam edən bəzi adətlər kimi Qurban kəsmək adəti də yenidən gündəmə gəlir. Açığı, bu adəti həyata keçirməyə təkcə "olar” və ya "olmaz” deməklə yanaşmaq düzgün deyil. Burada həm dinin hökmü icra olunur, həm niyyət, həm də xalqın formalaşdırdığı mədəni ənənə birlikdə həyata keçirilir. İslam dini insanın həyatındakı bütün gözəl duyğuları tamamilə rədd edən din deyil. Əksinə, sevincin, paylaşmanın, ailə qurmağın, insanların bir-birinə dəyər verməsinin qorunmasını istəyən dindir.

Qurani Kərimdə buyurulur: "De: Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” Bu ayə göstərir ki, insanlar halal çərçivədə sevinclərini ifadə edə, ailə bağlarını gücləndirə və adət-ənənələrini yaşada bilərlər. Burada bəzi alimlər qeyd edirlər ki, əsas məsələ həmin adətin din adı ilə təqdim olunmamasıdır. Amma mənə görə əgər burada Allah yolunda qurban kəsmək varsa deməli elə burada dini məsələdə öz yerini tapır".

İlahiyyatçı deyib ki, xalqımızda nişanlı qıza qurban aparmaq daha çox sevinc, bərəkət, hörmət və xoş niyyət simvolu kimi formalaşıb:

"Xüsusilə kənd yerlərində insanlar bunu "Allah bu ocağı xeyirli etsin”, "gənclərin ruzisi bol olsun”, "ailələri möhkəm olsun” niyyəti ilə ediblər. Bu baxımdan məsələni birbaşa şirk, bidət və ya haram kimi təqdim etmək doğru yanaşma deyil. Çünki, bəzi radikal dindarlar belə hallara qarşı aqressiv yanaşırlar. Halbuki fiqh alimləri adət məsələsində mühüm bir prinsip qeyd ediblər:
"Əsl olan adətlərin mübah olmasıdır.”

Yəni açıq şəkildə haram hökmü daşımayan, dinə zidd olmayan adətlər insanların həyatında qala bilər. Bu da mədəniyyətimizin və adət-ənənələrimizin zənginliyi deməkdir. 

İmam Nəvəvi və İbn Abidin kimi alimlər də adət və örfün fiqhdə müəyyən rol oynadığını qeyd ediblər. Xüsusilə İslam hüququnda "urf” anlayışı var. Yəni cəmiyyətin qəbul etdiyi və dinə zidd olmayan ənənələr nəzərə alınır".

Onun sözlərinə görə, incə bir məsələ var ki, əgər insanlar bu qurbanı dini vacib hesab edirlərsə, "bunu etməsən evlilik uğursuz olar”, "qurban aparılmasa bərəkət olmaz”, "bu dinin əmridir” kimi inanclar formalaşdırırlarsa, artıq burada problem yaranır:

"Çünki dində olmayan bir şeyi din adına vacibləşdirmək doğru deyil. Belə inanc və əqidədə olmaq da islama ziddir. 

Məhəmməd peyğəmbər (s.ə.s) buyururdu: "Kim bizim dinimizdə olmayan bir şeyi dinə gətirərsə, o rədd olunmuşdur.” Səhih Buxari, Səhih Müslim

Bu hədisin mahiyyəti odur ki, insanlar adəti ibadət səviyyəsinə qaldırmamalıdırlar. Yəni nişanlı qıza qurban aparmaq sadəcə ailə ənənəsi, hörmət və paylaşma niyyəti ilə edilirsə, bunda ciddi problem yoxdur. Amma bunu dini hökm kimi təqdim etmək düzgün yanaşma deyil. 

Bəzi insanlar isə bu məsələdə həddən artıq sərt yanaşırlar. Xalqın bütün adətlərini bir anda "bidət”, "haram”, "şirk” adlandırırlar. Bu da cəmiyyətdə gərginlik yaradır. Halbuki İslam insanları çətinliyə salmaq üçün gəlməyib.
 
Quranda buyurulur: "Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir.” (Qurani-Kərim Bəqərə surəsi, 185)

Əlbəttə, bəzi bölgələrdə bu adət israf formasına da çevrilib. İnsanlar borca girir, imkanından artıq xərc edir, qarşı tərəflə yarışa çıxır. Artıq burada dini baxımdan başqa problem yaranır. Çünki İslam nümayişi, israfı və insanı maddi sıxıntıya salan yarış psixologiyasını bəyənmir.

Qurani Kərimdə buyurulur: "Yeyin, için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz.” Qurani-Kərim Əraf surəsi, 31

Təəssüf ki, bəzi ailələrdə artıq qurban sevgi və paylaşma yox, sosial təzyiq məsələsinə çevrilib. "Filankəs apardı, biz də aparmalıyıq”, "az olsa ayıb olar” düşüncəsi formalaşır. Bu isə adətin mənəvi ruhunu
 zəiflədir.

Əslində ailə qurmaq İslamda çox müqəddəs anlayışdır. Peyğəmbərimiz (s.ə.s) evliliyi insanın dininin qorunmasına kömək edən mühüm bir yol kimi təqdim edib. Ona görə xalqımız da bu müqəddəs başlanğıcı dua, qurban, paylaşma və xeyir niyyəti ilə bəzəməyə çalışıb. Burada əsas olan niyyətin təmiz qalmasıdır. Qurban kəsməyin özü də Quranda yalnız ət paylamaq kimi təqdim edilmir. Allah buyurur:

"Onların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan yalnız sizin təqvanızdır.” (Qurani-Kərim Həcc surəsi, 37)

Bu ayə göstərir ki, əsas məsələ zahiri görüntü deyil. Əsas məsələ insanın qəlbindəki niyyət, səmimiyyət və mərhəmətdir.

Mənə görə, nişanlı qıza qurban aparılması dini vacib hökm kimi yox, xalqın formalaşdırdığı mədəni ənənə kimi qiymətləndirilməlidir. Əgər burada haram element yoxdursa, israf yoxdursa, insanlar bir birinə sevgi və hörmət göstərirsə, bunu tamamilə qadağan etmək də doğru olmaz. Amma eyni zamanda bunu dinin vacib əmri kimi təqdim etmək də yanlışdır.

Din insanların həyatını mənasız qorxularla ağırlaşdırmaq üçün yox, həyatın içində tarazlıq yaratmaq üçün gəlib. Ən gözəl yol da budur ki, insanlar həm dini ölçünü qorusunlar, həm də xalqın gözəl ənənələrini ifrata varmadan yaşatsınlar",- deyə o qeyd edib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif