Qüdrət Həsənquliyev: 'Əli Kərimli Rusiyanın adamıdır'

SİYASƏT
11:41 02.08.2013
2231

Milli Şuranın taleyinin belə olacağı mənim üçün öncədən bəlli idi.

Biz hər zaman söyləyirdik ki, Rusiya Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlı ola bilməz.AZXEBER.COM xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev dilə gətirib.Onun sözlərinə görə, məhz bu səbəbdən Rusiyanın ortaya atdığı Rüstəm İbrahimbəyov layihəsini, sadəcə, Azərbaycana təzyiq üçün hazırlanmış bir plan kimi dəyərləndirirdilər və zaman onların dəyərləndirmələrinin doğru olduğunu sübuta yetirdi.Millət vəkili deyib ki, ortalıqda normal düşünməyi bacaran hər kəsin görə biləcəyi bir mənzərə var:“Rusiya bu plan vasitəsilə Azərbaycanı özünün bir sıra layihələrinə qoşmaq və Azərbaycanın Rusiyanın maraqlarına uyğun bəzi qərarlar qəbul etməsini istəyir. Özünü demokratik adlandıran qüvvələrin Rusiyadan kömək istəməsi isə Əzrayıldan bala istəməyə bənzəyir …Rusiyanın özündə hansı rejimin mövcud olduğu hər kəsə bəllidir. Beləliklə, “Əzrayıldan bala istəyənlər” özlərini Rusiyanın istifadəsinə verdilər ki, Rusiya da Azərbaycana təzyiq üçün onlardan istifadə edə bilsin. Rusiya da müəyyən qədər bu prosesdən faydalana bildi...”BAXCP sədri eyni zamanda bildirib ki, radikal düşərgənin öncüllərindən olan İsa Qəmbərin adi şəraitdə normal düşünmək qabiliyyəti var, amma ekstrimal vəziyyətlərdə o heç vaxt düzgün qərarlar qəbul edə, yaxud məsuliyyəti öz üzərinə götürə bilmir:“Milli Şura adlanan qurumda baş verənlərlə bağlı İsa Qəmbərin tərəddüdləri onu göstərdi ki, Müsavat başqanının şüuru gedilən yolun yanlış olduğunu deyir, amma xarakteri, ekstrimal vəziyyətlərdə qərar qəbul edə bilməməsi və Əli Kərimlinin şantajlarından qorxması ona doğru seçim etməsinə mane olur. Bu baxımdan, İsa Qəmbərin qərar qəbul edə bilməmək problemi bu dəfə də onun ciddi səhvə yol verməsinə zəmin yaratdı.İsa Qəmbər seçkiyə qatılmaqla ən azı partiyasının və ətrafında olan insanların dağılmasının qarşısını ala bilərdi. Amma bundan sonra seçkiyə qatılsa da artıq əvvəlki effekti verməyəcək. Bu da onu göstərir ki, o düşərgədəki insanlar ciddi şəkildə öz gələcək siyasi fəaliyyətləri haqqında düşünməlidirlər. Düşünməlidirlər ki, liderləri onları hara qədər apara bilər…Ə.Kərimliyə gəlincə, millət vəkilinin bildirdiyinə görə, AXCP sədri əslində İ.Qəmbərin vahid namizəd olmasına mane olmaqla iqtidara öz xidmətini göstərdi:“Əli Kərimlinin Moskva ilə əlaqələrinin olduğuna çox ciddi şübhələr var və bu şübhələr hər zaman olub. Hətta tələbəlik illərində də ona bu məsələ ilə bağlı şübhə ilə yanaşırdılar. 20 Yanvar qırğını ərəfəsində Əli Kərimli Rəhim Qazıyev və digərləri ilə birlikdə müdafiə komitəsinin üzvü idi. O zaman Əli Kərimliyə məxsus müdafiə komitəsinə üzvlük vəsiqəsi “Krasnaya Zvezda” qəzetində dərc olunmuşdu.Kreml və onun Azərbaycandakı canişinləri bu vəsiqəni əsas gətirərək deyirdilər ki, Azərbaycanda orduya müqavimət olub. Maraqlısı budur ki, həmin dövrdə çox adam həbs olunsa da Əli Kərimli həbs olunmadı. Halbuki onun müdafiə komitəsinin üzvü olduğunu təsdiqləyən sənəd sovet ordusuna məxsus mətbuat orqanında yayımlanmışdı.Biz Əli Kərimlidən soruşanda ki, sənin vəsiqən necə olub ki, “Krasnaya zvezda” qəzetində dərc olunub, o, buna gülməli bir izahat verdi…Həmin vaxtdan da bu şübhələr onu tanıyan insanların qəlbində qalmışdı. Sonralar Qənimət Zahidin Moskvaya şübhəli səfərləri bu şübhələri bir az da dərinləşdirdi.Yaranmış vəziyyət və bu günədək sərgilənən davranışlar onu göstərir ki, Milli Şura ilə bağlı layihənin həyata keçirilməsi istiqamətində müvafiq təlimat əsasında fəaliyyət göstərən şəxslərdən biri də Əli Kərimli olub.Nəticədə isə həmin düşərgədə təmsil olunan və demokratiya uğrunda mübarizə apardıqlarına səmimi şəkildə inanan insanlar növbəti dəfə böyük bir zərbə aldılar. Onlar nəzərə almadılar ki, 75 yaşlı Rüstəm İbrahimbəyov komfortlu həyata alışmış bir insandır. Bu insan bir tərəfdən deyir ki, 1993-cü ildən etibarən Azərbaycanda heç bir demokratik seçki keçirilməyib. Yəni iddia edir ki, bu zaman ərzində xalqın iradəsi ilə hakimiyyət formalaşdırılmayıb.Digər tərəfdən də bu hakimiyyətlə 2007-ci ilə kimi çox gözəl münasibətlərinin olduğunu bildirir. İndi isə Rüstəm İbrahimbəyov öz narazılığını bununla əsaslandırır ki, niyə ona neft pullarından pay ayrılmayıb. Amma mən hər zaman söyləmişəm ki, əsas səbəb bu deyil. Əsas səbəb Rusiyanın Azərbaycanın yürütdüyü müstəqil xarici siyasətdən, Kremlin maraqlarını tam nəzərə almamasından qaynaqlanan narazılıq idi.Rüstəm İbrahimbəyov öz narazılıqlarını, hakimiyyətlə olan münasibətlərini hər yerdə açıq şəkildə dilə gətirir, amma bir-biri ilə ziddiyyət təşkil edən açıqlamalarına görə daşıdığı siyasi məsuliyyəti dərk etmir. Bəlkə də siyasətçi olmaldığı üçün yol verdiyi kobud siyasi səhvlərin fərqində deyil. Amma “barışmaz müxalifət” adlandırılan düşərgədəki insanlar illərdir ki, siyasətlə məşğul olurlar.Bu baxımdan, Rüstəm İbrahimbəyovdan izahat tələb etməliydilər. Soruşmalıydılar ki, sən hansı mənəvi keyfiyyətlərin daşıyıcısı olmusan ki, hakimiyyəti mənimsəməkdə ittiham etdiyin bir qüvvə ilə gözəl münasibətlərdə olmusan.Bu fakt göstərir ki, bəzən yüksək mənəvi, əxlaqi dəyərlərdən danışan insanlar bu cür açıqlamaları ilə özlərini ifşa edir, bu dəyərlərə nə qədər sadiq olub olmadıqlarını ortaya qoyurlar”.

OXŞAR XƏBƏRLƏR