Qüdrət Qurbanov və Şahin Mustafayev federasiya prezidentləri seçiliblər

Qüdrət Qurbanov və Şahin Mustafayev federasiya prezidentləri seçiliblər
Bütün Xəbərlər
14:51 27.02.2014
1062
Bu gün Milli Olimpiya Komitəsinin konfrans zalında Yelkən İdmanı və Stolüstü Tennis İdman növləri üzrə federasiya rəhbərliyinə seçki keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, toplantıda gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Dövlət Dəniz administrasiyasının rəhbəri Qüdrət Qurbanov və iqtisadi inkişaf naziri Şahin Mustafayev iştirak ediblər.
İcraiyyə Komitəsinin səs verməsinə əsasən, Qüdrət Qurbanov Yelkən İdmanı Federasiyasının, Şahin Mustafayev isə Stolüstü Tennis İdman Federasiyasının prezidenti seçiliblər.
OXŞAR XƏBƏRLƏR