"Quest net" şirkəti vətəndaşları necə aldadıb?

"Quest net" şirkəti vətəndaşları necə aldadıb?
Bütün Xəbərlər
00:57 31.05.2014
2844
"QUEST NET" Şirkəti tərəfindən aldadılaraq pulları mənimsənilən 100 nəfərdən çox vətəndaş Azərbaycan Respulikası Prezidenti İlham Əliyevə, Baş Prokuroru Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Bakı şəhər prokuroru Əziz Seyidova və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasova müraciət ünvanlayıblar.Müraciətdə bildirilir ki, onlar sözügedən şirkətin məsul şəxslərindən şikayət etsələr də, əksinə, özləri təqib və təzyiqlərlə üzləşiblər. Belə ki, "QUEST NET" Şirkətinin cinayətkar üzvlərinin hələ də öz fəaliyyətini davam etdirdikləri halda, aldadılan və zərərçəkən şəxslər, tanınmış əməkdar artist Ağalar Mehdiyev (Ağalar İdrisoğlu) həbs edilib. Bu həbsi sifarişli hesab edən vətəndaşlar bildirirlər ki, onlar Ağalar Mehdiyevdən və Nəsir Hüseynovdan deyil, şirkətin məsul şəxslərindən - Ceyhun İbrahimov, Elçin Bayramov, onların əlaltıları olan Rasim və Emin adlı şəxslərdən şikayətçidirlər. Çünki Ağalar Mehdiyev və Nəsir Hüseynov da onlar kimi zərərçəkmiş şəxslərdir: "Təəssüf ki, Ceyhun İbrahimov başqa olmaqla sözügedən şəxslər hələ də azadlıqdadırlar. Hətta vəziyyət o həddə çatıb ki, Ceyhun İbrahimov bizi hədələməkdən belə çəkinmir. "Sizi mediada rüsvay edib sonra da tutduracağam" deyən Ceyhun İbrahimov iri ranqlı məmurlardan birinin yaxın şəxslərindən olduğunu deyən Natiq Abdullayevə arxalandığını deyir. Belə də oldu. Bu adamlar onların əməllərini ifşa edən ağsaqqal bir şəxs olan Ağalar Mehdiyevi həbsə atdırdılar. Sonra da Nəsir Hüseynov həbs olundu. Ağalar İdrisoğlunun həbsi isə bizi şikayət etməkdən çəkindirmək üçün atılan addımdır. Çünki Ağalar Mehdiyev özü də "QUEST NET" tərəfindən aldadılıb və həmçinin özünün və vətəndaşların haqqı uğrunda mübarizə aparıb".Vətəndaşlar Bakı BPİ-in müstəntiqi Rüstəm Bayramovu da ittiham ediblər. Onların sözlərinə görə, müstəntiq də "QUEST NET" Şirkətinin Azərbaycandakı fırıldaqçı rəhbərləri ilə əlbir olaraq Ağalar Mehdiyevin həbs edilməsində maraqlı olub: "Bakı Şəhər Baş Polis İdarəsində qanunsuz olaraq kütləvi repressiyalara start verilib. İnternet ticarət pərdəsi altında yaradılan «Q-NET» Şirkəti Bakıda aldatma piramida şəbəkəsi yaradıb yüz minlərlə insanların pullarını dələduzcasına mənimsəmişdir. Həmin Şirkətin fırıldaq mahiyyətini başa düşən yüzlərlə zərərçəkmiş şəxslər müvafiq dövlət orqanlarına dəfələrlə şikayət edib. Qanunsuz mənimsənilmiş pullarının qaytarılmasını tələb etmişlər. Qanuni hüquqların müdafiəsini tələb edən həmin şəxslər Bakı BPİ-in müstəntiqi Rüstəm Bayramov tərəfindən açıq-aşkar hədəfə alınmışlar.Müstəntiq həmin şəxslərin şikayətlərinin qarşısını almaq və onları zorla susdurmaq məqsədi ilə qondarma cinayət işinə başlamış və zərərçəkmiş şəxslərdən uydurma mütəşəkkil cinayətkar dəstə yaradıb şikayət edən şəxslərə qarşı ağır ittihamlar irəli sürərək onların kütləvi həbsinə başlamışdır. Güya ki, həmin şəxslər başqa şəxsləri aldadıb piramida sisteminə cəlb etmaklə onlara maddi ziyan vurmuşlar.Halbuki həmin pullar bilavasitə Şirkətin hesabına bilavasitə çatdırılmış və onun rəhbər şəxsləri tərəfindən mənimsənilmişdir. Fəaliyyətləri ədalət mühakimə anlayışı ilə bir araya siğmayan məhkəmələr qanunun tələblərinə məhəl qoymadan müstəntiqin və prokurorun qanunsuz təqdimatlarını təmin edib qondarma ittihamlarla cinayət məsuliyyətinə cəlb edilmiş günahsız həmin şəxslərin həbsə alınması barədə aşkar qanunsuz qərarlar vermişlər.Sadəlöv insanların miliyonlarla hesablanan pullarını mənimsəmiş "QUEST NET" Şirkətinin rəhbərlərini və taşkilatçılarını cinayət məsuliyyətinə cəlb etmək əvəzinə, müstəntiq Rüstəm Bayramov hansısa maraqlardan haqq-ədaləti kənara ataraq onlara havadarlıq edib və həmin şəxslərin sifarişləri əsasında günahsız şəxsləri həbs etmaklə məşğuldur. Niyyət və məramları ən müstəntiqlə üst-üstə düşən həmin cinayətkarlar hələ də azadlıqdadırlar.Onların əvəzinə isə günahsız şəxslər həbs edilir işgəncələrə məruz qalırlar. Həbs edilənlərdən biri tanınmış yazıcı, dramaturq,rejissor Mehdiyev Ağalar İdris oğludur, hansı ki "QUEST NET" şirkətinin fırıldaq mahiyyətini başa düşüb fərdi və kollektiv şəkildə müvafiq dövlət orqanlarına dəfələrlə şikayət edib aldadılmış şəxslərin pullarının qaytarılmasını tələb etmişdir.Lakin onun şikayətləri üzrə heç bir tədbir görülməmişdir,əksinə olaraq özü həbs edilmişdir. Azadlıq hüququ hər bir vətəndaşın əsas konsitutsiya hüququdur. Təssüflər olsun ki, məhkəmələr insane hüquqlarına hörmət etmirlər,vətəndaşların azadlıq hüquqlarına təminat vermirlər, istənilən qondarma ittihamlar üzrə istənilən günahsız şəxslər barəsində dərhal həps qərarı verib istənilən müstətiqin qanunsuz fəaliyyətinə qanuni don geyindirməyə dönmədən hazırdılar".Şikayətçilər ölkə başçısı İlham Əliyevdən və aidiyyəti qurumlardan məsələnin qanuni şəkildə həll olunmasını və cinayətkarların cəzalandırılmasını xahiş ediblər: "Cənab Prezident və hörmətli nazirlər, hüquq-mühafizə orqanları, Sizdən xahiş edirik istintaq və məhkəmə özbaşınalığına son qoyulması, haqqın və ədalətin bərpa edilməsi, insan hüquqlarının təmin edilməsi və günahsız şəxslərin həbsdən azad edilməsi üçün müvafiq tədbirlər görəsiniz".Qeyd edək ki, bu müraciətlər rəsmi qurumlara da göndərilib. Vətəndaşlar tərərəfindən imzalanan həmin şikayətlərin elektron veriyasını da təqdim edirik:
OXŞAR XƏBƏRLƏR