Qulu Məhərrəmli: "Bizim mətbuatımız zəifdir deyə insanlar sosial şəbəkələrin ümidinə qalıb" - VİDEO

SOSİAL
14:43 04.08.2021
7676
AZXEBER.COM-un müsahibi Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmlidir.



- Qulu müəllim, hazırki gənc jurnalistləri bir professor kimi necə qiymətləndirirsiniz?

- Bu suala cavab birmənalı deyil, gənc jurnalistlərin arasında çox dinamik, çevik, böyük arzuları olan, aktiv olanlar da var, susqun, vaxtından əvvəl enerjisi tükənmiş gənclər də var. Əlbəttə, biz birincilərin yanındayıq. Ruh çox önəmlidir, bilik,intellekt - bunlar da çox vacibdir. Gənclərdə xoşuma gələn nüans yeniliyə can atmalarıdır.

- Yaşlı nəsil sizi AzTV-də səhər verilişlərindənə tanıyır. Bəs, sizcə gənc nəsil Qulu Məhərrəmlini necə xatırlayır?

- Səhər verlişi mənim AzTV-dəki fəaliyyətimin son mərhələsidir, ondan əvvəl reportyor, xəbər aparıcısı olmuşam. Daha sonra AzTV-də siyasi icmalçı olmuşam. Dövlət tədbirlərinin hamısını demək olar ki, mən aparmışam. Mənə elə gəlir ki, yeni nəsillə mənim aramda çox böyük məsafə yoxdur. Çünki onların bir qismi məni auditoriyadan tanıyır. Düşünürəm ki, yeni nəsil məni tənqidçi insan kimi tanıyır. Hər halda bunun özü də pis deyil. Televiziya da mənim tanınmağımda böyük rol oynayıb. Mənim təsəvvürümə görə gənclər məni doğru deyən insan kimi tanıyır.

- BDU-nun Jurnalistika fakültəsində uzun müddətdir ki, dərs deyirsiniz. Jurnalistik fakültəsinin bugünkü vəziyyətini necə qiymətləndirirsiz?

- Jurnalistika fakültəsi bizim ümumi təhsil sistemimizdə bir nöqtədir. Jurnalistika fakültəsi təmizlik, dürüstlük, rüşvətin yer almadığı bir fakültədir. Amma jurnalistika təhsili ilə bağlı bəzi problemlər var. Bu fakültənin adı dəyişməlidir. Jurnalistika fakültəsin adı kommunikasiya və jurnalistika olmalıdır.  Jurnalistika fakültəsini bitirən tələbə yalnız bir ixtisasa sahib olur, amma jurnalistikada müxtəlif fəaliyyət növləri var. Reklam, piar, marketinq kimi. Ona görə də fakültənin ixtisasları genişləndirilməlidir. Qabiliyyət imtahanı ləğv olunmalıdır.

- Bildiyiniz kimi sosial media qəzetləri üstələyib. Sizcə, qəzetlərin mövcud olmağına səbəb nədir?

- İndi sosial şəbəkələrnən qəzetlər arasında bir sanki savaş kimi bir şey var. Qəzetlərin tamam sıradan çıxmağını ehtimal etmək yanlışdır. İnternet çıxandan sonra deyirdilər ki, televiziya məhv oldu. Amma halbuki bunlar biri digərini tamamlaya-tamamlaya gedir. Məsələn, tutaq ki, radio səs idi, amma televiziya gəldi, görüntü verdi. İnsanların təsəvvürünü dəqiqləşdirdi, onu bir çərçivəyə saldı. İnternet hər şeyi verir, indi biz tələbələrə trimedia keçirik. Həm qəzet, həm radio, həm də televiziya üçün yazı yazmaq öyrədilir. Sosial şəbəkələrlə ənənəvi medianı heç vaxt tərəzinin bir gözünə qoymaq olmaz. Ənənəvi media yaxşı işləyə bilmirsə, bunun günahı sosial şəbəkələr deyil.

- Sosial şəbəkələrdə jurnalistika fakültəsinin ləğv olunması barədə müzakirələr gedir. İnsanlar deyirdilər ki, jurnalistika fakültəsinə yiyələnmək istəyənlər hər hansısa təlimə gedərək də bu peşəyə yiyələnə bilərlər. Sizin bu fikrə münasibətiniz necədir?

- Mənə elə gəlir ki, jurnalistika fakültəsini ləğv etmək yox, təhsilin keyfiyyətini yaxşılaşdırmaq lazımdır. Media ilə bağlı təhsilinin şəbəkələri artırmaq lazımdır. Media savadlılığını təmin etmək lazımdır. Əlbəttə, jurnalistika fakültəsinin tələbəsi zəif olarsa, o gedib mediada özünü doğrultmursa, belə qənaətlər yarana bilər. Amma o 1-2 nəfərə görə ümumi fikir formalaşdırmaq olmaz. Ona görə fikirləşirəm ki, bizdə jurnalistika kollecləri yaratmaq lazımdır. 2 illik texnikum necə əvvəllər olurdu, indi də elə olmalıdır. Elə adamlar var ki, onlar həqiqətən də təlimlərə gedərək xəbər yazmağı öyrənir. Yaxşı reportyor olur. Jurnalistika fakültəsinin ləğv olunması söhbətini qeyri-ciddi qəbul edirəm. Bu peşədir və bu peşəyə universitetdə nail olmalısan.

- Elə bir vəziyyət alınıb ki, gündəmi sosial media müəyyənləşdirir. Hər hansısa bir vətəndaş sosial şəbəkədə bir yanlış məlumat paylaşır, digərləri də ona inanır və onu yayırlar. Sizcə, nəyə görə insanlar vətəndaş jurnalistikasına peşəkar jurnalistikadan daha çox inanırlar?

- Media böyük bir platformadır. Burada jurnalistika da var, vətəndaş mediası da var. İndiki televiziyalar təbliğat üzərində qurulub deyə, onlara bel bağlamırlar. 2-ci Qarabağ savaşı olanda insanların internetlə bağlı problem var idi, insanlar məlumatları televiziyalardan almağa çalışırdılar. Bizim keyfiyyətli mediamız olsa, sosial şəbəkələrdə yazılanlar bu dərəcədə genişlənməz və ictimai rəyə təsir etməz. Mən bu fikirdəyəm ki, nə qədər ki, bizim ümumi mediamız, mətbuatımız zəifdir insanlar yenə də vətəndaş mediasının, sosial şəbəkələrin ümidinə qalacaqlar.

- Hər zaman məmurlarla mübarizə aparan və onlara qalib gələn qələm sahibi kimi tanınırsız. Buna misal olaraq Arif Alışanov, Vüqar Səfərli, Əli Həsənovu misal göstərə bilərik. Bəs indi Qulu Məhərrəmli kimlə mübarizə aparır?

- Əslində, mənim mübariz obrazım yoxdur. Sadəcə elə şeylər var ki, onlara bir yerə qədər dözürsən, sonra dözmək olmur. Əli Həsənov- o özü bizə hücum edirdi. Biz onun sevmədiyi adamlar idik. Onun sevmədiyi kimlər idi? Mehman Əliyev, Elçin Şıxlı, Arif Əliyev və Qulu Məhərrəmli. Çünki, biz onun yaratdığı mühiti qəbul etmirdik. Biz hesab edirdik ki, Azərbaycan mətbuatı çox yanlış yoldadır. Mətbuatı o yolla aparmaq olmazdı, o siyasət yanlış siyasət idi. Nəticə də özünü göstərdi. Arif Alışanov da məni xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. AzTV mənə doğma məkandır, orada olan yanlışları dediyimə görə məhkəməyə verilmişdim. 

- Əli Həsənov işdən çıxarılandan sonra mediada islahatlar dövrü başlayıb, Medianın İnkişafı Agentliyi yaradılıb. Onlardan gözləntiləriniz nələrdir?

- Əli Həsənov kimi məmurun işdən azad olunması yaxşı hadisə idi. Şəxsi maraqlar, dəstəbazlıq, bizdən deyilsənsə, bizə düşmənsən - bu psixologiyanı auditoriyaya təqdim eləmək çox qorxulu tendesiya idi. Media İnkişafı Agentliyi yaradıldı. Bu bizim mediamızda prinsipcə yeni səviyyə idi. Bunun yaxşı və pis tərəfləri var. Yaxşı odur ki, artıq dövlət özü onlayn medianı tənzimləmək fikrinə düşüb. Agentlik yarananda da bizim onlardan gözləntilərimiz olduğunu bildirdik. Media məmurların bir-birinə qarşı mübarizə vasitəsi olmamalıdır. Media Agentliyi azad mətbuat üçün çalışmalıdır.

- Jurnalistlərin 3-cü binasının şəhid və qazi ailələrinə verilməsi ilə bağlı təşəbbüsə imza atanlardan biri də siz idiz. Bu müraciətdə sizin adınızın olması cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Hətta sizi tənqid edənlər də oldu. Buna nə ehtiyac var idi? 

- O bina ilə bağlı cəmiyyətə çox az şey bəliidir. Məsələn mən təşəbbüsə "hə" deyənə qədər mənim məlumatım var idi ki, 7-8 ay bundan öncəyə qədər istintaqla aşkarlandı ki, binanın tikintisində təxminən 20 milyona yaxın yeyinti var, korrupsiya faktı var. Eləcə də 2-ci binadan ev alanların arasında ədalətsizlik, rüşvət halları müşahidə olunmuşdu. Bundan başqa, müəyyən bir statistika var.
 
1-ci binada ev alanların 32%-i jurnalistlər deyil, bunu jurnalistlərin çoxu bilmir. 2-ci binada ev alanların 58%-i jurnalist deyil. Sürücülər, katibələr, texniki işçilərə verilib evlər. Mən çətin şəraitdə yaşayan çox jurnalist tanıyıram. Onlar həqiqətən ev almağa layiqdirlər. O binanın jurnalistlərə verilməsi qətiliyini itirmişdi. İkinci bir tərəfdən, binaya 6000 müraciət var. 6000 nəfərin 615 nəfəri 2-ci binadan qalan adamlardı. Jurnalist də bu cəmiyyətin üzvüdür, o da istəyir ki, o binadan ev alsın. Amma jurnalistlərə ev verilməsi ideyasını eybəcər formaya salıblar. Çünki bu evlər məmurlar, işbazlar üçün yeyinti mənbəyidir. Bizdən inciyən jurnalist dostlar var. Onlara həqiqəti deməliyik ki, heç də o binanın jurnalistlərə verilməsi qəti fikir deyildi. Mənə təklif etdilər ki, bu evlərin şəhid və qazi ailələrinə verilməsinə necə baxırsız? Təbii, mən də razılaşdım. Verilməsinə razı oldum. O müraciətdə siyahida olan insanların bəziləri ilə mən heç nəinki bir sənətdə imza atmaq, heç bir yol getmərəm. Amma elə müqəddəs nöqtələr var ki, orada razılaşmalı olursan. Jurnalistlərə elə imkan yaratmalıdırlar ki, ipoteka ilə özlərinə ev ala bilsinlər, sosial evlər ala bilsinlər. 

- Son vaxtlar reket mətbuata qarşı mübarizə başlayıb. Sizcə, Azərbaycanda reket mətbuatın qarşısını almaq və reketlərdən yaxa qurtarmaq üçün hansı tədbirlər görülməlidir?

- Reketçilik hər yerdə var, polisdə, xüsusi xidmət sahələrində, vergidə - hər yerdə var. Jurnalistikada nəzarətsizlikdir deyə, reketçilik daha ağrılı şəkildə özünü göstərir. Bizim tanıdığımız saytlar var, hamı bilir ki, o reketçiliklə məşğuldu. Reketçilik cinayət əməlidir. Bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır.

Ayşən Mirzəyeva,
Video: Mayil Hümbətov

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 25.09.2021

Konqres Əfqanıstana görə Baydenə qarşı impiçment tələb edir

23:30 24.09.2021

Dövlət Departamenti "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etməyini qınayıb

23:12 24.09.2021

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb

22:46 24.09.2021

Azərbaycan və Türkiyə gəncləri İstanbulda Anım Gününü qeyd edəcək

22:29 24.09.2021

ABŞ-da üçüncü doz vaksinasiya çağırışı edilib

22:01 24.09.2021

Türkiyədə koronavirusa gündəlik yoluxma 27 mini ötdü

21:48 24.09.2021

Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”

21:37 24.09.2021

Səfir: “İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır”

21:21 24.09.2021

Azad edilmiş ərazilərin bərpa və yenidənqurma mərhələsində Aİ-nin də iştirakı mümkündür

21:08 24.09.2021

Avropa İttifaqı BMT Baş Assambleyası üzvlərini pandemiya ilə mübarizəyə dair razılaşmanı dəstəkləməyə çağırıb

20:19 24.09.2021

Bakıda məktəb bufetlərinin açılmasına hazırlıq işləri görülür

19:57 24.09.2021

Əfqanıstanın yeni hökuməti Rusiyadan dəvət gözləyir

19:49 24.09.2021

Ermənistanda koronavirusa yoluxanların sayı 256 554-ə çatıb

19:32 24.09.2021

İcra katibi: "Azərbaycan MDB iqtisadi məkanında əhəmiyyətli yerə malikdir"

19:19 24.09.2021

“Qarabağ”ın oyununun hakimləri açıqlandı

19:06 24.09.2021

Daha 7 müəssisədə pozuntular aşkarlandı