Qumbara 17 yaşlı gəncin həyatına son qoydu

Qumbara 17 yaşlı gəncin həyatına son qoydu
Bütün Xəbərlər
13:00 10.05.2013
1085
Ötən gün Abşeron rayonunda dəhşətli hadisə baş verib.Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, dünən günorta saatlarında Pirəküşkül qəsəbəsiində qumbara partlayıb. Qumbara partlaması nəticəsində ağır yaralanan 1996-cı il təvəllüdlü Elvin Hüseynbala oğlu Əhmədov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Hadisənin baş vermə səbəblərinə gəlincə, 17 yaşlı E.Əhmədov dünən həmin ərazidə qoyun otarırmış. O, yerdən qumbara tapıb və əlində oynadarkən qumbara partlayıb.E.Əhmədov orta məktəb şagirdi olub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR