"Quran"ı yandıran şəxs diri-diri yandırdılar

DÜNYA
00:29 06.07.2012
2889
Pakistanda müsəlmanların müqəddəs kitabı olan "Qurani Kərimi" yandırmaqda şübhəli bilinən şəxs diri-diri yandırılıb. Adı açıqlanmayan şəxs polis tərəfindən saxlanılıb, ancaq onun haqqında tədqiqat aparmağa vaxt belə olmayıb.Polis idarəsinin qarşısına kütlə toplaşıb və onlar "Quran"ı yandırmaqda ittiham edilənin cəzalandırılmasını tələb ediblər. Kütlə polis qarşısında hətta ultimatum da qoyub - ya onu hüquq mühafizə orqanları insanların gözü qarşısında cəzalandırır, ya da insanlar özləri bunu edirlər.Polis toplaşanlara qarşı gözyaşardıcı qazdan istifadə etsə də, onları sakitləşdirmək mümknü olmayıb. Belə ki, əsəbi insanlar yolu bağlayaraq, "Quran"ı yandıran şəxsi ərazidən uzaqlaşdırıblar. Onu kitabı yandırmağa cəhd etdiyi yerə gətirib, üstünə benzin tökərək od vurublar.Polis kişinin şəxsiyyətini belə müəyyənləşdirməyə vaxt tapmayıb. Ancaq onun psixi problemləri olduğu ehtimal edilir. Belə ki, o ətrafda nəyin baş verdiyini o qədər də anlamır və gülürdü.
ANS PRESS

OXŞAR XƏBƏRLƏR