"Quran"ı yaxşı oxuduqlarına görə tüfəng və bomba ilə mükafatlandılar
MARAQLI
21:49 20.09.2011
1579
Somalidə dini təşkilat olan “Əl Şebab”-a aid olan radioda Qurani-Kərimin oxunması ilə bağlı yarışma keçirilib. AZXEBER.COM-un CNN-ə istinadən verdiyi xəbərə görə, uşaqlar arasında təşkil edilən yarışmanın qalibləri silah, bomba və dini kitabla mükafatlandırılıb. “Əl-Qaidə” ilə bağlılığı olan “Əl Şebab” təşkilatının Əndəlüs radiosu birinci yerin qalibinə bir tüfəng və 700 dollar, ikinci yerin qalibinə bir tüfəng və 500 dollar, üçüncüyə isə iki bomba hədiyyə edib. Somalidə BMT-nin dəstəklədiyi hökumətə qarşı silahlı müqavimət göstərən “Əl Şebab” təşkilatının son dövrlər ölkədəki aclıq səbəbilə aktiv fəaliyyət göstərmədiyi də diqqəti çəkir.