Qurban bayramı öncəsi ətin qiymətində artım gözlənilir?
Bütün Xəbərlər
17:01 09.10.2012
1111
Hər il Qurban bayramı yaxınlaşanda ətin qiymətində artım müşahidə olunur. Nəzərə alsaq ki, bu ayın 25-i, 26-sı Qurban bayramıdır. Bununla əlaqədar, bir neçə bazara baş çəkdik. Bazarlarda ətin qiyməti müxtəlif idi. Quzu əti 10 manat, qoyun əti 8 manat, mal əti isə 6 manatdan başlayırdı.Satıcılardan ətin qiymətində artımın olub-olmadığını soruşduq. Ət satanların sözlərinə görə, qiymətlərdə heç bir artım edilməyib. Bayramın yaxınlaşması da hələ ki qiymətlərdə heç bir artıma səbəb olmayıb.Alıcılar da əti əvvəlki qiymətə aldıqlarını dedilər. Bəzi alıcılar isə, qiymətdə cüzi də olsa artımın olduğunu dedilər.Biz isə, bazarlarda müşahidələrimizi davam etdirəcəyik. Ümid edirik ki, bayram ərəfəsində də ətin qiymətində heç bir artım olmayacaq.