Qurban Qurbanov: ‘Bakıda çətin olacaq’

İDMAN
15:41 21.08.2015
1539

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hesab edir ki, İsveçrənin “Yanq Boyza” komandası ilə cavab matçı dünən Berndə keçirilən və 1:0 hesabı ilə Azərbaycan çempionunun qələbəsilə sona çatan oyundan daha çətin olacaq.

“Cavab oyunu çətin olacaq. Yanq Boyz” bizə çətin anlar yaşatdı. Bu komandanın oyun üslübu bizim üçün fərqli və narahatdır. Bakıda fərqli oyun olacaq, rəqib 90 dəqiqə hücumda olacaq.

“Yanq Boyz”un tərkibində matçın nəticəsini dəyişməyə qadir olan futbolçular var”.

Xatırladaq ki, cavab matçı avqustun 27-də baş tutacaq.

OXŞAR XƏBƏRLƏR