Qurban Qurbanov: “Bayer 04”ə qarşı həddən artıq dinamik çıxış etməliyik”

Qurban Qurbanov: “Bayer 04”ə qarşı həddən artıq dinamik çıxış etməliyik”
İDMAN
18:08 08.11.2023
398
"Bayer 04”ə qarşı həddən artıq dinamik çıxış etməliyik”.

"Report”un məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın "Bayer 04” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib: "Çox ciddi komandaya qarşı oynayacağıq. İlk görüşdə böyükhesablı məğlubiyyətə baxmayaraq, futbolçularımız ruhdan düşməyiblər. Matça heç də pis hazırlamamışıq. Hazırda Avropanın ən dinamik komandalarından biridir. Çox yaxşı oyun fəlsəfələri və bunu düzgün icra edən futbolçuları var. Rəqiblə tam tanış olduq, futbolçulara lazım olduğu qədər izah etdik. Sabah doğma azarkeşlərimiz önündə mübariz oyun göstərmək istəyirik. Oyunçularımızın bunu bacaracaqlarına şübhə etmirəm”.

O, 8 Noyabr - Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib: "Hər kəsin bayramını təbrik edirəm. Bunun futbolçulara təsiri istər-istəməz olur, daha yaxşı oynamağa çalışırlar. Bəzən isə belə amillər oyunçulara əks təsir göstərə bilər. Həddən artıq aqressivlik mane ola bilər. Rəqibə uyğun oyun qurmalı və "Bayer 04”ün üstün cəhətlərinin qarşısını almalıyıq”.

Q.Qurbanov Leverkuzendəki 1:5 hesablı məğlubiyyətlə müqayisədə bəzi dəyişikliklərin olacağını vurğulayıb: "Həmişə öz oyunumuzu yaxşılaşdırmağı düşünmüşük. Əvvəlcə rəqibin oyununu pozmağa, sonra öz oyunumuzu göstərməyə çalışırıq. Bəzən bu alınmır. İstənilən halda cavab görüşlərində dəyişikliklər olur. Bu dəfə də matçın gedişində dəyişikliklər olacaq. İnanıram ki, bu, faydalı olar”.

Baş məşqçi mərhələ adlamaq üçün maksimum çalışacaqlarını deyib: "Ötən mövsüm Konfrans Liqasının pley-offuna adladıq. Bəzən istədiyimiz alınmaya bilir. Amma bu o demək deyil ki, ilk oyunlarla müqayisədə sonrakı matçlara yaxşı hazırlaşmırıq. Komandanın optimal formada olub-olmadığı vaxtlar olur. Bu gün "Bayer 04”ü saymasaq, digər üç komandanın hər birinin mərhələ adlamaq şansı var. Şansımız varsa, bunu düzgün təhlil edib, daha yaxşı nəticələr qazanmağa çalışacağıq”.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” - "Bayer” oyunu saat 21:45-də başlayacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“İşgüzar Axşam Ziyafəti və B2B Görüş” təşkil olundu - FOTOLAR
13:20 24.11.2026
“İşgüzar Axşam Ziyafəti və B2B Görüş” təşkil olundu - FOTOLAR
Top ardınca qaçan uşağı maşın vurub öldürdü - VİDEO
12:58 24.11.2026
Top ardınca qaçan uşağı maşın vurub öldürdü - VİDEO
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
12:43 24.11.2026
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Maşını olanlara XƏBƏRDARLIQ – Bunları mütləq edin!
12:32 24.11.2026
Maşını olanlara XƏBƏRDARLIQ – Bunları mütləq edin!
Azərbaycan Haaqa Konvensiyasına qoşulacaq
12:24 24.11.2026
Azərbaycan Haaqa Konvensiyasına qoşulacaq
Şimşək çaxacaq, yağış yağacaq - Bu tarixdə
12:21 24.11.2026
Şimşək çaxacaq, yağış yağacaq - Bu tarixdə
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
12:13 24.11.2026
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
12:07 24.11.2026
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
12:05 24.11.2026
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
11:45 24.11.2026
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
11:42 24.11.2026
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
11:37 24.11.2026
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
11:17 24.11.2026
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
10:57 24.11.2026
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
10:52 24.11.2026
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova
10:49 24.11.2026
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova