Qurban Qurbanov: “Futbolçularımdan ən yaxşı oyunu gözləyə bilmərəm”

Qurban Qurbanov: “Futbolçularımdan ən yaxşı oyunu gözləyə bilmərəm”
İDMAN
23:30 18.08.2020
1248
"Vacib qələbə qazandıq. Neçə aydan sonra ilk rəsmi oyunda qələbə qazanmaq çox yaxşı oldu. Yeganə təəssüfləndirici məqam azarkeşlərimizin olmaması idi. Onlarsız bizə həmişə çətin olur”.

Bu sözləri Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sileks”lə oyunundan sonra "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Oxu.Az-ın müxbirinə deyib. Təcrübəli baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Maksim Medvedev oyunun gedişatında zədələndi, onun vəziyyəti necədir? "Qarabağ” tempsiz, formasından uzaq çıxış etdi. Düzəlmək, normal formaya düşmək üçün nə qədər zaman lazımdı?

- Maksimin vəziyyəti haqqında sabah dəqiq məlumat biləcəyik. Bu gün biz futbolçulardan sürətli oyun gözləyə bilmərik. Biz sürətdən daha çox topla oynamağa çalışırdıq. Uzun fasilədən sonra heç bir futbolçudan ən yaxşı oyunu gözləyə bilmərik. Məncə, normal oyun oldu.

- Növbəti mərhələdə hansı komandanı görmək istərdiniz?

- Fikir bildirmək istəmirəm. Hansı rəqib olsa, ona uyğun hazırlaşacağıq.

- Hesab nə qədər böyük olsa da, meydanda hansısa səhvlər var idimi? Əgər var idisə, bunlar hansılar idi? Qarşıdakı oyunlar üçün yeni transferlər gözlənilirmi?

- Səhvlər daim olur. Hər zaman bunu görə bilərik. Əsas məsələ onların üzərində işləyib aradan qaldırmaqdır. Qaldı ki, transferlərə, bu çox çətindir. Xüsusilə də pandemiya dönəmində işimiz çox çətinləşib. Amma yenə də cəhd edirik. Mütləq bir neçə transfer etmək istəyirik.

- Qapıçı seçimində həlledici məqam nə oldu? Və yeni qapıçı transferi hələ də gündəmdədirmi?  

- Emil çoxdandır meydana çıxmırdı. Şahruddin isə uzun müddətdir komandadadır. Ancaq yenə də hər ikisinin şansı var. Qapıçı transferi isə gündəmdə qalıb. Bir neçə oyunçu ilə danışıq aparırıq.

- Meydançanın ot örtüyü idealdan uzaq vəziyyətdədir. Ola bilərmi ki, növbəti oyunu başqa stadionda keçirəsiniz?

- UEFA-ya bununla bağlı məlumat vermişik. Ola bilər ki, növbəti oyunu "Azərsun Arena”da keçirək. Amma deyim ki, meydançanın bundan da pis vaxtlarında oynamışıq. İstənilən halda, ola bilsin növbəti oyunun yeri dəyişsin.

- Məcburi fasilə dönəmində komandada bir sıra dəyişikliklər oldu. Bu gün Qurban Qurbanov ən çox kimin yoxluğunu hiss etdi?

- "Qarabağ”dan gedən bütün futbolçular bizim üçün əzizdir, doğmadır. Hər birinin yeri görünür. İstənilən oyunçunun yenidən bizimlə olmasını, oynamağını istərdim. Ad çəkmək istəmirəm, amma bir neçə oyunçunun xüsusi olaraq yeri görünür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış tiktoker həbs edildi
16:22 30.07.2026
Tanınmış tiktoker həbs edildi
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı