Qurban Qurbanov: “Molde”ni səhvə məcbur etmək üçün maksimum çalışmalıyıq”

Qurban Qurbanov: “Molde”ni səhvə məcbur etmək üçün maksimum çalışmalıyıq”
İDMAN
18:31 20.09.2023
300
"Molde”ni səhvə məcbur etmək üçün maksimum çalışmalıyıq”.

Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Norveçin "Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis doğma meydanda qələbə qazanmaq istədiklərini bildirib: "Çox ciddi rəqibə qarşı oynayacağıq. Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq. "Molde” son vaxtlar meydanda ən intizamlı oyun göstərən rəqiblərimizdən biridir. Meydanda boşluq verməyi xoşlamırlar. Üç il əvvəl qarşılaşdığımız "Molde” ilə indiki arasında mütləq fərq var. Futbolçuları indi daha inamlıdırlar”.

O, azarkeşləri uğurlu nəticə ilə sevindirmək istədiklərini söyləyib: "Əvvəl məqsədimiz qrupa düşmək idi, bunu bacardıq. Azarkeşlərimizin uğur tələb etmələri bizə həmişə motivasiya verib. Ancaq nə qədər istəkli olsaq da, bir o qədər soyuqqanlı davranmalıyıq. Sabah da bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı nəticə əldə etmək istəyirik”.

Baş məşqçi zədəli müdafiəçi Bəhlul Mustafazadənin durumuna aydınlıq gətirib: "Bəhlulun durumu ilə bağlı yəqin ki, oyuna kimi bir məlumat verilməyəcək. Hələ ağrıları var. Dünəndən bu günə qədər fərq hiss olunur. Ancaq bugünkü durumu bizi qane etmir”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Molde” oyunu saat 20:45-də başlayacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
22:00 05.10.2026
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
21:54 05.10.2026
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
21:51 05.10.2026
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
21:47 05.10.2026
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
21:41 05.10.2026
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
21:37 05.10.2026
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
21:24 05.10.2026
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
21:10 05.10.2026
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
21:02 05.10.2026
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
20:56 05.10.2026
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
20:50 05.10.2026
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub
20:42 05.10.2026
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
20:40 05.10.2026
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
20:33 05.10.2026
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
İranın daxili işlər naziri Qətərə səfər edib
20:29 05.10.2026
İranın daxili işlər naziri Qətərə səfər edib
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
20:23 05.10.2026
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir