Qurban Qurbanov: "Omoniya" ilə oyunda ehtiyatlı olmalıyıq"

Qurban Qurbanov: "Omoniya" ilə oyunda ehtiyatlı olmalıyıq"
İDMAN
20:24 29.09.2021
1054
"Yenidən burada olmağımız bizim üçün yaxşıdır. Qarşılaşdığımız hər komandanın öz fəlsəfəsi var. "Omoniya" çox yaxşı kollektivdir. Ehtiyatlı olmalı, çox yaxşı oynamalıyıq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə "Omoniya"ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR