AZXEBER.COM xəbər verir ki, o, bu barədə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Baş məşqçi Azərbaycan təmsilçisinin "Barselona" ilə qarşılaşacağını xatırladaraq bu klubla bağlı fikirlərini də açıqlayıb:
"Barselona" ilə qarşılaşacaqlar. Bu, mənim sevdiyim və azarkeşlik etdiyim klubdur. Onların Bakıya gəlməsi sevindirici haldır. Hər bir halda, "Sabah"a azarkeşlik edəcəyəm", - deyə Qurban Qurbanov qeyd edib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Tvente" matçı 1:4 hesabı ilə başa çatıb. İlk görüşdə Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı.
Beləliklə, iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə qalib gələn "Tvente" UEFA Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.











































