Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
AZXEBER.COM AFFA-nın saytına istinadən xəbər verir ki, Riçard Almeyda zədəli olduğundan millinin hazırlıq prosesini tərk edib.
Qeyd edək ki, Azərbaycan yığma komandası mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan milliisi ilə yoldaşlıq görüşü keçirəcək. Həmin qarşılaşma saat 20:00-da başlanacaq.
Qeyd edək ki, Almeyda "Qarabağ"ı da tərk edib. Onun İtaliyaya transfer olunacağı deyilir.