Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA

Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA
SOSİAL
10:23 07.06.2025
457
Qurban kəsməyib, həmin heyvanın dəyərində məbləği yoxsullara, imkansızlara pul, ərzaq şəklində vermək olmaz.

Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Sədr müavini bildirib ki, şəriətdə İsmayıl qurbanı mütləq heyvan olaraq alınmalı, kəsilməli və ət şəklində paylanmalıdır.

"Başqa formada o qurbanı, onun pulunu bölmək, paylamaq olmaz. Mütləq heyvan kəsilməli və ət şəklində ehtiyacı olanlara paylanmalıdır", - deyə F.Nurullayev əlavə edib.

Xatırladaq ki, daha öncə Qurban bayramında hansı heyvanların kəsilməsi barədə yazı dərc etmişik.

Qeyd edək ki, bu il iyunun 6-7-si Azərbaycanda Qurban bayramı qeyd olunur.
OXŞAR XƏBƏRLƏR