Azərbaycanın quru sərhədləri iyulun 1-dən açılır? - AÇIQLAMA

SOSİAL
11:59 08.06.2023
3970
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  qərarına əsasən COVID-19 pandemiyasına rəsmən son verilib. Bəzi ölkələr 2022-ci ildən quru sərhədlərini tam açsa da, Azərbaycanda isə vəziyyət fərqlidir. Pandemiya rəsmən bitsə də, quru sərhədlər hələ də bağlı qalmaqdadır. 

Azərbaycanda quru sərhədlərin bağlanması ilə bağlı qərarın  nə vaxt ləğv olunacağını ilə bağlı deputat Razı Nurullayev AZXEBER.COM-a açıqlama verib:

"Quru sərhədlərinin açılması ilə bağlı dəqiq tarix deyə bilmərəm. Ancaq Ümumidünya Səhiyyə Təşkilatınının da pandemiyanın bitdiyini elan etdiyinə görə yəqin ki, Nazirlər Kabineti xüsusi pandemiya şəraitinin uzadılması ilə bağlı qərarını dəyişəcək. Ola bilsin ki, iyulun 1-dən sonra quru sərhədləri açılsın”.
Razi Nurullayev bildirib ki, quru sərhədlərinin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil.

"Artıq virusa yoluxma səviyyəsi çox aşağıdır. Quru sərhədlərinin bağlı qalması yanlız bu səbəbdən ola bilməz. Azərbaycanın üzərinə gələn ölkələr var. Azərbaycanla müharibə təhlükəsi bitməyib.  Cənub qonşumuzdan Azərbaycana qarşı çox ciddi təhdidlər var. Həm də bu təhdid şimaldan da gələ bilər. Quru sərhədlərinin açıq qalması diversantların, Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən, terror aktı törətmək istəyənlərin də ölkəyə gəlişini asanlaşdırar. Azərbaycan vətəndaşlarının təhlükəsizliyini, dövlətimizin  bütövlüyü və suvereliyini qorumaq üçün də quru sərhədlərinin bu günə qədər  bağlı qalması vacib idi.
Bundan sonrakı mərhələdə ümid edirəm ki, bu təhlükələr aradan qalxacaq”. 

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb