"Tələsik quru sərhədləri açmağa ehtiyac yoxdur, pandemiya bitməyib" - Deputat

SOSİAL
13:44 26.05.2022
2006
"Yoluxmanın azalmasına arxayın olub, tez-tələsik quru sərhədləri açmağa ehtiyac yoxdur”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. 

O, qeyd edib ki, bu məsələlərdə Operativ Qərargahın qərarlarını gözləmək lazımdır:

"Bu məsələlərə səlahiyyət sahibi Operativ Qərargahdır. Operativ Qərargah da kifayət qədər peşəkar fəaliyyətini ortaya qoyub. Onun çıxarmış olduğu qərarlar, verdiyi tövsiyələr hər zaman özünü doğruldub. Ona görə də, darıxmadan onun tövsiyəsini və atacağı addımları gözləmək lazımdır”. 

Deputatın sözlərinə görə, pandemiya hələ bitmədiyi üçün bu cür qərarlar verərkən diqqətli olmaq lazımdır:

"Pandemiyada hələ də davam edir, yoluxma qalxır-enir. Bu günlərdə yenə də az da olsa, yoluxanların sayı artdı. Ətrafımızda o proseslər gedir, yoluxmaların sayı çoxalır, dünyada hələ qalır, aradan qalxmayıb. Bu məsələdə çox diqqətli olmalıyıq. İndiyədək gətirib bu səviyyəyə çatdırmışıq, yoluxmanın aradan qaldırılması imkanlarına malikik. Amma buna arxayın olub, ehtiyac olmadan tez quru sərhədləri açmağa ehtiyac yoxdur. Mənə elə gəlir ki, bu məsələlər Operativ Qərargah səviyyəsində yüksək peşəkarlıqla təhlil olunur, sonra nəticə çıxarılaraq addımlar atılır. 

Xalqımıza da müraciətim xahişim, tövsiyəm odur ki, Operativ Qərargahın qərarlarına hörmətlə yanaşaq və onu gözləyək”. 

F.Ağamalı yeni yayılan meymunçiçəyi virusu haqda danışıb:

"İndi yeni virus yaranıb, şükür ki, bizdə hələ ki, yoxdur. Məndə olan məlumata görə, ətraf dövlətlərdə də yoxdur. Daha çox sıx əlaqədə olduğumuz Türkiyədə də bu yaxınlarda Səhiyyə naziri çıxış etdi, dedi ki, belə bir şey yoxdur. Hər halda gözləyək, ümid edək ki, bizdə yayılmayacaq, bu virusdan uzaq olacağıq”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq