Quş qripi mutasiya edir: Virus insanlarda daha yoluxucu və ölümcül ola bilər

SAĞLAMLIQ
14:31 19.04.2023
572
ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzləri (CDC) Çilidə bir kişidə bir neçə mutasiyaya malik quş qripi ştammının aşkar edildiyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, 53 yaşlı kişinin müşahidə altında olduğunu bildirən səlahiyyətlilər virusdakı mutasiyalarla bağlı narahatedici açıqlama verib. 

Mütəxəssislər xəbərdarlıq ediblər ki, quş qripi virusunun mutasiyaları onu insanlarda daha ölümcül və yoluxucu edə bilər.

Mütəxəssislər əvvəlki heyvan araşdırmalarının bu mutasiyaların virusun daha zərərli olmasına və ya daha asan yayılmasına səbəb ola biləcəyini göstərdiyini söyləyib. Lakin onlar mutasiyaların virusun insanın yuxarı ağciyərlərində kök salmasını asanlaşdıracağına dair heç bir sübutun olmadığını da bildiriblər.

Ayşən

OXŞAR XƏBƏRLƏR