'Quş qripi'ndən daha 2 nəfər öldü

DÜNYA
16:35 28.02.2013
1286
Gürcüstanda son 1 sutka ərzində H1N1 virusuna yoluxmuş 2 nəfər ölüb.AZXEBER.COM-un “Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzi açıqlayıb. Bununla da Gürcüstanda ilin əvvəlindən bəri “quş qripi”ndən ölənlərin sayı 15-ə çatıb. Ümumilikdə ölkədə A/H1N1 virusuna 236, B/H1N1 virusuna isə 16 yoluxma halı qeydə alınıb. Bunlar əsasən 4 yaşına qədər olan uşaqlardır.

İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Paata İmnadze “quş qripi”nin kütləvi şəkildə yayılması təhlükəsinin olmadığını bildirib.

OXŞAR XƏBƏRLƏR